Şeydayev “Neftçi”yə gələsi olmadı

Türkiyənin “Trabzonspor” klubunda forma şansı qazanmayan millimizin üzvü Ramil Şeydayevin qışda daha çox oynaması üçün icarəyə veriləcəyi gündəmdədi.
Offside.com.az xəbər verir ki, artıq Ramili rənglərinə bağlamaq istəyən klublardan birinin adına da aydınlıq gəlib.
Söhbət Türkiyə PTT I Liqasında mübarizə aparan “Samsunspor” klubundan gedir. “Samsunspor TV”nin məlumatına görə, hazırda tərəflər arasında danışıqlar gedir. Millimizin gənc forvardı böyük ehtimalla yeni ildən “Samsunspor”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, Şeydayev yay transfer dönəmində “Zenit”dən “Trabzonspor”a transfer olunub.
Futbol11.az
4. 802 baxış