De Laurentis “Real” Madrid-“Napoli” oyunlarını David və Qoliafın mübarizəsinə bənzətdi

“Napoli” klubunun prezidenti Aurelio De Laurentis 15 fevralda baş tutacaq “Real” Madrid – “Napoli” oyununu səbirsizliklə gözlədiyini etiraf edib. Prezident bunları deyib:
“Bu oyunu çox böyük səbirsizliklə gözləyirəm. 30 ildən sonra onlarla qarşılaşırıq. Davidin Qoliafı məğlub etməsinə şahid olmaq istəyirəm. “Napoli” futbolçuları “Santyaqo Bernabeu”da öz xarakterlərini göstərmək arzusu ilə alışıb yanırlar. Madriddəki ilk oyunda bütün gücümüzü sərf edib sona kimi tab gətirməliyik”.
218 baxış