Millimizin reytinqdə yeri dəyişmədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Offside.com.az xəbər verir ki, komandamız ötən aykı mövqeyini qoruyub. Aktivində 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1634 xalla əvvəlki kimi Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikinci, Almaniya millisi isə 3-cüdür.
104 baxış