“Şapokoense” klubu üçün xeyriyyə oyunu

Braziliya Futbol Konfederasiyası “Şapokoense” klubu üçün xeyriyyə xarakterli yoldaşılıq görüşünün keçiriləcəyini bildirib.
Offside.com.az xəbər verir ki, qarşılaşma Braziliya və Kolumiya yığma komandaları arasında keçiriləcək. Oyun 2017-ci il yanvarın 25-i üçünplanlaşdırılıb. Təyyarə qəzasında ölənlərin xatirəsinə həsr olunacaq oyun Rio-de-Janeyrodakı “Olimpiya” stadionunda baş tutacaq.
Xatırladaq ki, Braziliyanın “Şapokoense” klubnun üzvlərini aparan təyyarə noyabrın 28-də Kolumbiyada qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 77 nəfərdən (22-si futbolçu) 71-i faciəvi şəkildə həyatını itirmişdi.
42 baxış