Federasiya 14 kluba transfer qadağası qoydu

Rusiya Futbol  Federasiyası klubları sərt cəzalandırıb.
Offside.com.az xəbər verir ki, federasiya 14 kluba transfer qadağası qoyub. Buna səbəb klubların maliyyə durumları olub. Futbolçuların maaşlarını ödəməməsi, transferlərdə yaşanan problemlə və vergidən yayınma kimi səbəblərə görə RFF 14 klubu sərt cəzalandırıb.
Transfer qadağası qoyulan komandalardan 4-ü Premyer Liqada çıxış edir. Bunlar “Rubin”, “Amkar”, “Krılya Sovetov” və “Tom” klublarıdır. Digər 10 klub isə 1-ci Divizionda mübarizə aparır.

Sportal.az

54 baxış