“Qızıl Top həmişə Messiyə verilməlidir”

"Sevilya"nın "Malaqa" ilə keçirəcəyi oyun öncəsi mətbuat konfransı keçirən baş məşqçi Xorxe Sampaoli Qızıl Top mükafatlandırılması haqda da fikrini bildirib. Çilili mütəxəssis bu mükafatın hər il Messiyə verilməli olduğunu söyləyib. "Ronaldo çox mükafatlara layiqdir, ancaq onunla Messi arasında çox böyük fərq var. "Qızıl Top" həmişə Messiyə verilməlidir, digər futbolçular isə ayrıca

Milanda qolsuz heç-heçə (video)

"A Seriyası"nın 17-ci turunun maraqlı oyunlarından biri "San-Siro"da baş tutdu. "Milan" və "Atalanta" komandalarının qarşıdurmasında qol səsi çıxmadı: 0-0

“Atletiko” çətin qələbə qazandı (video)

Son vaxtlar uğursuzluq zolağında olan "Atletiko" Madridə "Las Palmas"la oyunda qələbə mütləq idi. Oyunboyu üstün tərəf qonaqlar olsa da, qələbəni məhz madridlilər qazandı. 59-cu dəqiqədə Saulun vurduğu qol oyunda yeganə oldu: 1-0

“Çelsi” İngiltərədə rəqib tanımır (Video)

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Lider "Çelsi" bu turda "Kristal Palas" səfərinə yollanıb. Offside.com.az xəbər verir ki, Dieqo Kostanın yeganə qolu zadəganlara 3 xal qazandırıb. Bununla da Kontenin kollektivi son 11 turda 11 qələbə qazanaraq liderliyini davam etdirir.

Turun mərkəzi oyunundan qol səsi çıxmadı (Video)

Topaz Premyer Liqasında 2016-cı ilin son turu keçirilir. İlin son, turunun mərkəzi görüşü Suraxanıda keçirilib. “Qarabağ” doğma meydanda “İnter”lə qarşılaşıb. Offside.com.az xəbər verir ki, matç qolsuz bərabərliklə başa çatıb. Bununla da Ağdam klubu ikinci dövrəni lider kimi başa vurub. https://www.youtube.com/watch?v=xGds6QCUsVk&feature=youtu.be