Gündoğanın zədəsi ilə bağlı QƏRAR

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan tvitter hesabında “Rokki” filmindən sitat gətirərək uzun müddətə meydanlardan uzaq qalacağını təsdiq edib. Verilən məlumata görə, diz qapaq bağlarının cırılması nəticəsində oyunçu mövsümü bitirib.

Xatırladaq ki, “Uotford”a qarşı oyunda Nordin Amrabatla mübarizə zamanı o, zədə aldı və ondan sonra 10 dəqiqə oynamasına baxmayaraq, meydanı gözyaşı ilə tərk etdi. Dünən testlər keçdikdən sonra bu gün məlum olub ki, o, mayda diz qapaqlarından aldığı zədədən həmin yerdən yenidən zədələnib. Oyunçunun altı ay oynamayacağı  və yalnız növbəti mövsümə hazır olacağı bildirildi. Bu durumuna aid İlkay tvitterdə post da paylaşdı.

Gündoğan yaxın günlərdə Barselonaya səfər edəcək və həkim Ramon Kuqat tərəfindən əməliyyat olacaq. “Siti” həkimlər heyəti yaxından Kuqatla çalışırlar. Kevin de Bröyn, Vensan Kompani və Fabyen Delf də Kataloniyada müalicə almışdılar.

78 baxış