“Su iti driblinqli” “növbəti Ronaldinyo”nun növbəti klubu

Bir zamanlar “növbəti Ronaldinyo” kimi qəbul edilən braziliyalı Kerlon Slovakiyanın “FK Spartak Trnava” klubuna transfer olundu.

Braziliyalı öz ölkəsində böyük istedada malik və gələcəyi parlaq görsənin bir oyunçu kimi tanınırdı. Karyerasına “Kruzeyro”da başlayan Kerlon daha sonra “İnter Milan”a 2008-ci ildə transfer olundu. Bununla belə o, dörd il ərzində bir dəfə də bu klubda oynaya bilmədi. Bu zaman kəsiyində Kerlon “Ayaks” da daxil dörd icarə müddəti yaşayıb və 2012-ci ildə daimi olaraq Yaponiyanın “Fujieda MYFK” klubuna keçdi. Orada üç il keçirən braziliyalı 28 yaşında özünün 11-ci peşəkar klubuna keçdi və bu “Spartak Trnava” oldu.

Kerlon öz karyerasından daha çox özünün “foquinha” və ya “su iti driblinqi” ilə məşhurdur. Təxminən on il əvvəl o, bu driblinqi ilə məşhurlaşdı və rəqib komandanın müdafiəçilərinin başağrısına çevrilmişdi.

 

 

87 baxış