“Barselona”nı keçə bilərik”

PSJ-nin baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını dəyərləndirib.
Offside.com.az xəbər verir ki, o, bu mərhələdə rəqibləri olan “Barselona” haqda deyib:
“Barselona” bizə yaxşı tənışdır. Xüsusilə də mənə və məşqçi korpusuna. Biz qalib gəlmək istəyirik. İki yaxşı oyun keçirməyə hazırlaşırıq. “Barselona”nı keçə bilərik. Şadam ki, belə rəqiblə qarşılaşacağıq”.
Qeyd edək ki, Unay Emeri indiyədək yalnız bir dəfə – “Sevilya”nı çalışdırarkən “Barselona” üzərində qələbəyə sevinib.
133 baxış