Konte pivə içən futbolçusunu dəstəklədi (FOTO)

"Çelsi"nin baş məşqçisi Antonio Konte matçlardan sonra soyunub-geyinmə otağında pivə içdiyi deyilən Dieqo Kostaya dəstəyini nümayiş etdirib. Offside.com.az xəbər verir ki, italyan çalışdırıcı oyunlardan sonra spirtli içki içən futbolçusu haqda danışıb. O, İspaniya millisinin üzvünə dəstək olduğunu və heç bir problem olmadığını bildirib: "Oyun sonra bir pivə və ya kola içmək yaxşıdı.

Rakitiçlə müqavilə uzadılır

"Mançester Yunayted"in yaxından maraqlandığı İvan Rakitiçlə "Barselona" yeni müqavilə imzalamağa hazırlaşır. Müqavilənin şərrtləri barədə hələ ki, dəqiq məlumat verilmir. Bu mövsüm "Barselona"nın heyətində 19 oyuna çıxan Rakitiç 2 qola və 1 assistə imza atıb.

Ramil yenə heyətdən kənarda qaldı

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununu keçirib. Offside.com.az xəbər verir ki, Ərsun Yanalın komandası "H" qrupunda səfərdə "Konyaspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Millimizin hücumçusu sözügedən görüşdə iştirak etməyib. O, 18-likdə də yer almayıb. Qeyd edək ki, "Trabzonspor" H qrupunda 2 turdan sonra cəmi 1 xal toplayan

“Kaşima Antlers” ilk finalçı oldu (video)

Yaponiyada keçiriən klublararası dünya çempionatında ilk finalçının adına aydınlıq gəldi. "Libertadores Kuboku"nun son qalibi "Atletiko Nasyonal"la qarşılaşan ev sahibi "Kaşima Antlers" rəqibinə 3-0 hesabı ilə qalib gələrək adını finala yazdırdı. Onların finaldakı rəqibi sabah keçiriləcək "Real" Madrid - "Amerika" oyunundan sonra bəlli olacaq.

“Klopp Kariusa güvənməlidir”

"Arsenal" klubunun keçmiş qapıçısı Yens Lemann son vaxtlar çoxlu tənqid olunan "Liverpul" klubunun qapıçısı Lorius Karius haqda danışıb. Lemann Kloppun qapıçıya güvənməli olduğunu bildirib. "Karius onu tənqid edənlərə layiqli cavab verməlidir. O, çox perspektivli qapıçıdır. Düşünürəm ki, Klopp onu uzunmüddətli gələcək planları üçün transfer edib. Mən İngiltərəyə gedəndə ondan 10 il

Azar “Sanderlend”lə oyunu buraxacaq

"Çelsi" klubunun əsas oyunçularından olan Eden Azar zədə ilə üzləşib və bu səbəbdən "Sanderlend"lə keçiriləcək növbəti oyunu buraxmaq məcburiyyətində olacaq. "Veest Bromviç"lə oyunda zədələnən futbolçu oyunun sonlarında əvəzlənmiş və növbəti gün tibbi müayinədə oyunçunun istirahətə ehtiyacının olduğu bildirilmişdi. Belçikalının yoxluğunda "Sanderlend"lə oyunda onun mövqeyində Villianın oynayacağı deyilir.

Oskar Şanxay yolunda

Bu mövsüm "Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkən Oskar Çinə yollana bilər. "Şanxay Telleys" klubu braziliyalı futbolçu üçün "zədaganlar"a 60 milyon funt sterlinqlik təklif göndərib. Futbolçunun özü "Sky Sports"a verdiyi açıqlamada artıq hər şeyin 90% həll olunduğunu bildirib. Bu mövüm klubda 11 oyuna çıxan Oskar 1 assist edib.

“Sauthempton” Van Deyki satmağa hazırdır

"Sauthempton" müdafiəçi Virgil Van Deyki transferə çıxarıb. Klub oyunçu üçün 40 milyon funt sterlinq qiymət təyin edib. 25 yaşlı hollandla "Çelsi", 'Liverpul", Everton", "Mançester Siti", "Mançester Yunayted" kimi klublar maraqlanır. Van Deyki transferə etməyə ən iddialı klub "Çelsi"dir.

Kapitan gəmini tərk edir

"Çelsi" kapitanı Con Terri ilə müqaviləni yeniləməyəck. Offside.com.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi London klubunda qalacaq. Müqaviləsinin müddəti başa çatdıqdan sonra o, "Çelsi"ni tərk edəcək. Qeyd edək ki, kapitan 18 ildir ki, "Çelsi"nin əsas komandasında oynayır.

Yaya Ture üzr istədi

Bir müddət öncə avtomobilini sərxoş halda idarə etdiyi üçün 18 ay müddətində sürücülük hüququndan məhrum edilən müsəlman futbolçu Yaya Ture açıqlama verib. Offside.com.az  xəbər verir ki, kot-d-ivuarlı yarımmüdafiəçi hərəkətinə görə peşman olduğunu söyləyib: “Spirtli içki içmək günahdır. İstəməsəm də, bunu qəbul etmişəm. Pul cəzası və sürücülük vəsiqəmin əlimdən alınmasına heç bir etirazım