“Yuventus” favorit deyil”

“Yuventus”un vitse-prezidenti Pavel Nedved Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Offside.com.az xəbər verir ki, veteran futbolçuTurin klubunun “Portu” ilə mübarizədə favorit olması fikri ilə razılaşmayıb:

“Hamı deyir ki, biz cütün favoritiyik. Lakin belə deyil. Çünki Çempionlar Liqasında favorit olmur. Finala qədər irəliləmək çox çətindir. Rəqiblər güclüdürlər. Hansısa oyunun asan keçəcəyini gözləməyə dəyməz.
Ümumiyyətlə, mən heç vaxt püşkün nəticəsindən razı qalmıram. Çünki meydanda yaşanacaqları proqnozlaşdırmaq qeyri-mümkündür. Oyunlara hələ 2 ay vaxt var”.
82 baxış