Qəbələdə qalmaqal: azarkeşlər AZAL-ın futbolçusuna yumurta atdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ” doğma azarkeşləri önündə AZAL-ı qəbul edir.
Offside.com.az xəbər verir ki, birinci hissə başa çatandan sonra xoşagəlməz anlar yaşanıb.
Komandalar soyunub-geyinmə otağına yollananda  “Qəbələ”nin bir qrup azarkeşi qeyri-etik hərəkət ilə yadda qalıb. Belə ki, “qırmızı-qaralar”ın fanatı AZAL-ın futbolçusu İlqar Ələkbərova yumurta atıblar. Ələkbərova doğru atılan yumurta ondan yan keçib.
Məsələ burasındadı ki, tərəflərin Premyer Liqa çərçivəsində Bakıda keçirilən oyununda İlqar Ələkbərov “Qəbələ”nin futbolçusu Filip Ozobiçi yerdə olarkən vurmuşdu. Görünür, azarkeşlərin xoşagəlməz davranışı da bundan qaynaqlanır. Bu xoşagəlməz hərəkətə görə “Qəbələ”nin cəzalanacağı istisna deyil.

mənbə: futbol11.az

1. 045 baxış