Ölkə kubokunda 1/4 final mərhələsi start götürür

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Offside.com.az-ın məlumatına görə, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

Günün ilk oyunu Qəbələdə keçiriləcək. Eyniadlı komanda Premyer Liqanın autsayderi AZAL-ı sınağa çəkəcək. Çempionatda AZAL səfərində 2 xal itirən “Qəbələ”, bu dəfə “təyyarəçilər” üzərində qələbə qazanmağa çalışacaq.

Çempionatda uğursuz çıxış edən “Neftçi” “Zirə”nin qonağı olacaq. Premyer Liqada bu komandaların mübarizəsindən Adil Şükürovun yetirmələri qalib ayrılıblar.

Günün ən çox maraq doğuran matçlarından biri “İnter Arena”da oynanılacaq. “Bankirlər” “Kəpəz”i sınağa çəkəcək.

Son 2 ildə kubokunun qalibi olan “Qarabağ” da yarımfinal mübarizəsində favoritdir. Ağdam klubu “Sumqayıt”la görüşdə cütün taleyini böyük ölçüdə ilk oyunda həll etməyə çalışacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

13 dekabr

15:00. “Qəbələ” – AZAL
Hakimlər:
Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

17:00. “İnter” – “Kəpəz”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”

18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
“Azersun Arena”

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 21-də keçiriləcək.

106 baxış