“Bir səhvin nəticəsində insanlar həlak oldu”

Keçən ayın 29-u təyyarə qəzası nəticəsində Braziliyanın “Çapekoense” klubunun bir çox üzvləri həlak oldu. 61 nəfərin həyatını itirdiyi qəzada yalnız 6 insan sağ qaldı. Onlardan biri də radio jurnalisti Rafael Henzeldir.

Offside.comaz xəbər verir ki, qəzadan iki həftə sonra Rafael henzel “TV Globo”ya müsahibə verib: “Bizə deyilmədi ki, kəmərlərimizi bağlayaq. Heçkimə bu barədə məlumat verilmədi. Biz necə oturmuşduqsa, elə də uçmağa davam etdik və nələr baş verəcəyini heç təxmin etmədik. Biz yerə enənə qədər  bir neçə dəfə xahiş etdik. Hər dəfə ekipaj deyirdi ki, “10 dəqiqə də gözləyin”. Birdən, işıqlar və mühərriklər söndü. Bir anlıq ümumi bir durğunluq oldu, lakin heçkim təsəvvür edə bilməzdi ki, nələr baş verəcək”. 

Deyilsə də ki, qəza texniki səbəblərdən olub, Rafael düşünür ki, qəzanın səbəbi təyyarənin yanacağının olmamasındandır: “İnsanlar bir səhvin nəticəsində həlak oldular, hər hansı texniki səbəbə görə deyil. Bu, iyrəncdir!”

114 baxış