“Beşiktaş”ın Azərbaycandakı rəqibi müəyyənləşdi

Türkiyənin “Beşiktaş” klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib.

Offside.com.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Qarabağ”la qarşılaşacaq. Bu haqda Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: “Bugünlərdə danışıqlar üçün “Beşiktaş” klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək”.

Klub rəsmisi “Qarabağ”la yoldaşlıq oyunu təklifinin “Beşiktaş”dan gəldiyini də bildirib.

9,708 baxış