“Beşiktaş” Azərbaycana gəlir

Türkiyənin “Beşiktaş” klubu Azərbaycana səfər edəcək.

Offside.com.az-ın Türkiyə mətbuatına istinaən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Fikrət Orman “Bursaspor”un telekanalı “AS TV”yə bildirib.

O,”Bursaspor”un “Beşiktaş” arasında  xeyriyyə matçı keçirilməsi ilə bağlı etdiyi təklifə cavabı zamanı Azərbaycana səfər barədə danışıb:

“Beşiktaş”ın Azərbaycanda özəl oyunu olacaq. Ancaq tarix hələ müəyyənləşməyib. O vaxta qədər Antalyada olacağıq. “Bursaspor”un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də “Bursaspor”a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə matçını keçirə bilərik”.

Qeyd edək ki, F.Orman Azərbaycanda kimlə oynayacaqları barədə açıqlama verməyib.

183 baxış