“La Liqa” komandalarının ləqəbləri – Üçüncü hissə

“La Liqa” komandalarının ləqəblərinə aid silsilə yazılarının üçüncü hissəsinə keçək. Bundan əvvəlki birinci ikinci hissədə artıq bir çox klubların ləqəbləri ilə tanış oldunuz. Keçirik üçüncü və sonuncu hissəyə. Beləliklə.

“VALENSİYA”. Valensiya şəhərinin eyni adlı komandasını “Los Che” adlandırırlar. Bəziləri bunu nədənsə Argentina, Che Guevara ilə səhvən əlaqələndirirlər, lakin əslində yerli Valensiya dialektində bu, hər hansə şəxsə müraciyyət formasıdır, məsələn, “ey!” və ya bu sözlə insanlar bir-birini salamlaya bilər. Bu söz Valensiya bölgəsində çox istifadə edilir, buna görə də komandaya da belə ləqəb qoyulub.
Klubun digər məşhur ləqəbi, şübhəsiz, “los murcielagos”dur, yəni “yarasalar”. Əslində isə yerli azarkeşlər heç də bu ləqəbdən çox istifadə etmir, daha çox mediya və idman portalları “yarasalar” ləqəbini səsləndirirlər. Komandanın emblemində “yarasa” fiquruna rast gəlmək olar. Nə üçün yarasa? Bunun bir neçə versiyası var. Biriləri deyir ki, “yarasa” kasıbçılıq simvoludur və tarixən Valensiya şəhəri çox hücumlara məruz qalıb. Digərləri deyir ki, yarasalar sadəcə o bölgədə çox olublar. Bəzilərinə görə isə, 13-cü əsrdə o bölgədə baş verən müharibə zamanı torpaqlar mavrlardan azad edən kral şəhərə girən zaman bayrağa yarasa oturub, bu da uğur simvolu kimi qəbul edilib. Kral şəhəri ələ keçirdikdən sonra yarasanı şəhərin simvolu kimi bütün bayraqlarda və emblemlərdə istifadə edib.

valencia_fc_ditches_bat_logo_after_challenge_from_batman_creators_dc_comics
Çox nadir hallarda, lakin yenə də istifadə edilən köhnə ləqəb “los xotos”dur, yəni “keçilər“. Böyük ehtimal, “Mestalya” stadionu keçilərin yaşadığı və ya məskən saldığı yerdə tikilib. Bəlkə də, “los ches” ilk oyunlarını keçi düzənliklərinə keçirib.

“ESPANYOL”. Klubun ən maraqlı və əsas ləqəbinə keçməmişdən əvvəl standart ləqəbini deyim: “blanc-i-blaus” və ya “blanquiazules”, yəni “ağ-mavilər”, katalon və kastilya dillərində formanın rəngi ilə bağlıdır. Keçək əsas məsələyə.

14991eee4a8434e5c03951eb74f4456cBarselona komandasının bir nömrəli ləqəbi “los periquitos”dur, yəni “tutuquşular“. Bu ləqəbin tarixçəsi elə tarixdə qalıb. Dəqiq bilən yoxdur, lakin bir neçə versiyanı bilmək lazımdır. Birincilər bunu komandanın sarı formaları ilə bağlayırlar. İkincilər isə deyirlər ki, komandanın 20-ci əsrin əvvəllərində çıxış etdiyi Sarria rayonundakı stadion yaxınlığında çoxlu sayda tutuquşular olub. Ən maraqlı versiya isə üçüncüdür. O zamanlar Kataloniyada məşhur qrafik-yumorist ustası Valenti Kazanis yaşayıb-yaradırdı. O, futbol qəzeti “El Xut” (Zərbə) üçün qrafik karikaturalar hazırlayırdı. Barselonada “Els Quatre Gats” adlı bar var idi, tərcümədə “Dörd pişik” deməkdir. Barın bu adı “Espanyol” azarkeşlərinə ironiya ilə istifadə edilib. Yəni, “orada cəmi dörd pişik görə bilərsiniz,çox adam gəlmir” mənasında. O vaxtlar klub karikaturalarda “dörd qara pişik” kimi təsvir edilirdi. Necə ola bilər ki, pişiklər tutuquşulara döndülər? O ərəfədə İspaniyada Pat Sallivanın məşhur “Felix pişik” əsəri işıq üzü görür. İnsanlar fikir verirlər ki, ingiliscə olan “Felix the Cat” birləşməsi daha çox “quş” kimi səslənir (felix the cat=periquito), nəinki “pişik”. İspan dilinə o “gat perico” və ya “gat periquito” kimi tərcümə edilir. Kazanis də “Espanyol” və onun fanatlarını “els quatre gats periquitos”, yəni “dörd rəngarəng tutuquşu pişikləri” deyərək çağırmağa başlayır. Nəticədə, bu söz yığınından yalnız “tutuquşular” qalır. O zamandan bəri “tutuquşu” sözü deyəndə “Espanyol”u nəzərdə tuturlar.

“REAL BETİS”. Əndəlus klubunun bir çox ləqəbləri var. Məsələn, “verderones” və ya “verdiblancos, yəni “yaşıl-ağlar” formalarının rənginə görədir. Digər ləqəbləri “el glorioso“dur. Bu da onların şanlı vaxtlarına aiddir. Ən məşhur və maraqlı ləqəbləri isə “les heliopolitanos“dur, yəni” helipolitanlı“. Niyə? Klubun “Benito Villamarin” stadionu Sevilya bölgəsi olan Heliopolisdə yerləşir. Tarixən “Betis”in heyəti daha çox bu bölgəyə bağlı olub, çünki 1939-1961-ci illər aralığında “ev” stadionu indiki Villamarin “Heliopolis” stadionu kimi tanınırdı. Maraq üçün qeyd edim ki, yunan dilindən tərcümədə bu, “günəş şəhəri” deməkdir”.

real_betis_fans_27904
“Betis”in digər ləqəbi “pepineros“dur, yəni “xiyarlar“. Bu da komandanın forması ilə bağlıdır, lakin bu ləqəbin istifadəsi çox vaxt Sevilya derbisi zamanı baş verir və “Sevilya” komandasının azarkeşləri alçaldıcı mənada rəqib komandanın oyunçularını “xiyarlar” deyə adlandırırlar. Maraqlıdır ki, “Betis” azarkeşləri heç də bundan qəzəblənmirlər və əksinə fəxrlə bunu qəbul edirlər.

“MALAQA”. Kosta del Solda yerləşən Malaqanın eyniadlı komandası öz çimərlikləri, günəşli günləri və dəniz məhsullarına görə məşhurdur. Məhz sonuncu amilə görə komanda əsas ləqəbinə sahib olub – “los boquerones“, yəni “ançouslar“. Şəhər öz ançousları ilə çox məşhurdur və mədəni tərəfdən şəhərin simvollarından biridir.

4197

“LAS PALMAS”. Ada təmsilçisinin çox maraqlı ləqəbi var –  “pio-pio“. Tərcüməsi yoxdur. Bu, sədəcə Kanar adalarında olan sarı kanarya quşunun etdiyi səsdir. Bunun anlaşılan və aydın olan bağlılığından başqa, digər bir tərəfi də var. Klubun uzun illər azarkeşi olan Fernando Bandera Kanar derbisi zamanı “Tenerife”yə qarşı oyunda rəqib komandanın tribunalardan səs-küyünə və lozunqlarına qarşı 90 dəqiqə ərzində “pio-pio” kanarya səsini çıxararaq cavab verib. Nəticədə, yerli azarkeşlər bu səsi komandanın simvoluna çeviriblər.

w_900x700_30224526cd_dr_7267

1. 179 baxış