İbrahimoviç üçün yubiley qarşılaşma

Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç üçün İngiltərə Premyer Liqasında “Tottenhem”lə oyun (1-0) əlamətdar olub.
Offside.com.az xəbər verir ki, bu görüşlə isveçli hücumçu klub səviyyəsində 700-cü oyununu keçirib. İbrahimoviç “Malmö”də 47, “Ayaks”da 110, “Yuventus”da 92, “İnter”də 117, “Barselona”da 46, “Milan”da 85, PSJ-də 180 və “Mançester Yunayted”də 23 oyuna çıxıb. O, 700 görüşdə 405 dəfə rəqib qapıçıları cəzalandırmağı bacarıb.
88 baxış