“Hazırda “Arsenal” son illərdəki ən güclü Arsenaldır”

Bu gün “Çempionlar Liqası”nın 1/8 final mərhələsinin püşkatması keçirilib. Son illərdə tez-tez görməyə alışdığımız “Arsenal” – “Bavariya” rəqabətini bu mövsüm də izləyəcəyik. Püşkatmadan sonra münhenlilərin qapıçısı Manuel Noyer bu haqda öz Twitter hesabında paylaşım edərək bunu yazıb: “Hazırki “Arsenal” ötən illərdəki “Arsenal”dan daha güclüdür”.
Xatırladaq ki, bundan öncə 3 dəfə pley-off mərhələsində qarşılaşan bu klubların hər 3 mübarizəsində sonda növbəti mərhələyə çıxan “Bavariya” olub.
87 baxış