“Bu cütlüyün favoriti Monako deyil”

“Monako”nun baş məşqçisi Leonardo Jardim “Çempionlar Liqası”nın 1/8 final mərhələsinin püşkü haqqında açıqlama verib. Portuqaliyalı mütəxəssis öz açıqlamasında bunları söyləyib:
“Rəqibimiz “MAnçester Siti” böyük klubdur, ötən mövsüm bu turnirdə yarımfinala çıxa bilmişdilər. Heyətlərində çoxlu güclü oyunçular var.Biz bu cütün favoriti deyilik, ancaq öz gücümüzə də bələdik. İlk oyunumuza qədər hələ 2 ay var. Futbolda bu, çox uzun bir müddətdir. Bu müddətdə çox böük dəyişikliklər ola bilər”.
84 baxış