“Arsenalla oyunları səbirsizliklə gözləyirik”

“Çempionlar Liqası”nın 1/8 final püşkatmasından sonra “Bavariya” klubunun baş məşqçisi Karlo Ançelotti püşkü dəyərləndirib. İtalyan məşqçi “Arsenal”la oyunlarda komandasına tam güvəndiyini dilə gətirib.
“Böyük səbirsizliklə bu maraqlı oyunları gözləyirik. Londonlular çox güclü kollektivə və baş məşqçiyə malikdir.  Komandama inanıram və ümid edirəm ki, növbəti mərhələyə çıxan tərəf məhz biz olacağıq”.
Son 5 mövsümdə 6 dəfə üz-üzə gələn bu komandaların duelində münhenlilər üstün tərəfdir.
98 baxış