“PSJ və Barselona arasındakı oyunlar artıq bu turnirin klassikasına çevrilir”

"PSJ" klubunun prezidenti Nasser Əl-Xəlaifi "Çempionlar Liqası"nın 1/8 final püşkatması haqda fikirlərini bölüşüb. "Bizə yenə də "Barselona" düşdü. Bizim komandaya böyük hörmətimiz var. Son 4 mövsümdə onlarla aramızda 6 oyun baş tutub və düşünürəm ki, artıq "PSJ" - "Barselona" oyunu bu turnirdə klassikaya çevrilməkdədir. Azarkeşləri qarşıda 2 möhtəşəm oyun gözləyir".

“Arsenalla oyunları səbirsizliklə gözləyirik”

"Çempionlar Liqası"nın 1/8 final püşkatmasından sonra "Bavariya" klubunun baş məşqçisi Karlo Ançelotti püşkü dəyərləndirib. İtalyan məşqçi "Arsenal"la oyunlarda komandasına tam güvəndiyini dilə gətirib. "Böyük səbirsizliklə bu maraqlı oyunları gözləyirik. Londonlular çox güclü kollektivə və baş məşqçiyə malikdir.  Komandama inanıram və ümid edirəm ki, növbəti mərhələyə çıxan tərəf məhz biz olacağıq". Son 5

“Qızıl Top”un qalibi müəyyənləşdi

"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi "Qızıl top" mükafatının sahibi müəyyənləşib. Offside.com.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsverməyə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib. Qeyd edək ki, K.Ronaldo bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”al

“Bayer “Atletiko” ilə bacardığını 2 il öncə sübut edib”

"Bayer" Leverkuzen klubunun icraçı direktoru Rudi Föller "Çempionlar Liqası" püşkatması haqda danışıb. Məşqçinin fikirlərinə görə, leverkuzenlilər "Atletiko" ilə başabaş mübarizə aparmaq gücündədir. "Atletiko çox çətin rəqibdir. Ancaq biz 2 il öncə onlarla bacardığımızı göstərdik. Biz bu oyunu səbirsizliklə gözləyirik. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".

“İPL”də 16-cı turun oyunları

Dekabrın 13-də axşam saatlarında "İngiltərə Premyer Liqası"nda 16-cı turun oyunlarına start veriləcək. 16-cı turun proqramı belədir: 13 dekabr 23:45 "Bornmut" - "Lester Siti" 23:45 "Everton" - "Arsenal" 14 dekabr 23:45 "Midlsbro" - "Liverpul" 23:45 "Sanderlend" - "Çelsi" 23:45 "Vest Hem" - "Bernli" 00:00 "Kristal Palas" - "Mançester Yunayted" 00:00 "Mançester Siti" - "Uotford" 00:00 "Stok Siti" - "Sauthempton" 00:00 "Tottenhem" -

“Barselona” kolumbiyalı hücumçu ilə maraqlanır

"Barselona" "Milan"ın hücumçusu Karlos Bakka ilə maraqlanır. Bu haqda "Diario Gol" məlumat verir. Yayda da kolumbiyalı hücumçuyla maraqlanan katalonlar daha sonra diqqəti Pako Alkaserin üzərinə vermişdilər. Pakonun bu mövsüm uğursuz çıxışının ardından katalonlar yenidən Bakka trasnferinə can atırlar. Bu mövsüm "Milan"ın heyətində 13 oyuna çıxan hücumçu 6 qola imza atıb.

“Təəssüf ki, Mxitaryan bir neçə oyunu buraxacaq”

"Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyo "Tottenhem"lə oyunda zədələnərək meydanı tərk edən Henrik Mxitaryanın hazırki durumu haqda açıqlama verib. Portuqal mütəxəssis erməni futbolçunun "Kristal Palas"la oyunu buraxacağını bildirib. "Ümid edirik ki, Mxitaryan Milad ərəfəsində olan oyunlara çata biləcək. Bunun mümkünlüyünə inanırıq. Mən onu xərəkdə görəndə zədəsinin daha uzunmüddətli olacağından qorxdum.

Azscore.com – ana dilimizdə canlı futbol nəticələri!

Azərbaycan dünyaya müxtəlif vasitələrlə inteqrasiya olunur. Bu mənada böyük önəm kəsb edən sahələrdən biri də internetdir. Kiçik bir araşdırma nəticəsində Azərbaycanı qlobal miqyasda təmsil edən, aylıq milyonlarla istifadəçiyə xidmət göstərən yerli veb-layihənin – Azscore.com layihəsinin varlığından xəbər tutduq. Şirkət  2007-ci ildən livescores.biz adı altında fəaliyyət göstərməkdədir. Layihənin qlobal bazardakı uğurlu nəticələrindən

Co Hart İngiltərəyə dönə bilər

"Mançester Siti"yə məxsus olan və hazırda "Torino"da çıxış edən Co Hart "Vest Hem"in diqqət mərkəzinə düşüb. "Çəkicdöyənlər" qapıçı mövqeyinə güclü oyunçu axtarışındadır və Hart onların ilk seçimidir. Hartın transfer qiyməti 15 milyon avro olaraq dəyərləndirilir.

“Hazırda “Arsenal” son illərdəki ən güclü Arsenaldır”

Bu gün "Çempionlar Liqası"nın 1/8 final mərhələsinin püşkatması keçirilib. Son illərdə tez-tez görməyə alışdığımız "Arsenal" - "Bavariya" rəqabətini bu mövsüm də izləyəcəyik. Püşkatmadan sonra münhenlilərin qapıçısı Manuel Noyer bu haqda öz Twitter hesabında paylaşım edərək bunu yazıb: "Hazırki "Arsenal" ötən illərdəki "Arsenal"dan daha güclüdür". Xatırladaq ki, bundan öncə 3 dəfə pley-off