Dəniz Yılmaz oynadı, “Bursaspor” son çempiona məğlub oldu

 Türkiyə superliqasında 14-cü turun daha 3 oyunu keçirilib
Offside.com.az xəbər verir ki, turun mərkəzi görüşündə “Beşiktaş” millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor”u qəbul edib. “Qara qartallar” 2-1 hesabı ilə qalib gəlib. Yılmaz 90 dəqiqə meydanda olsa da fərqlənməyi bacarmayıb.
Qeyd edək ki, “İstabul Başakşehir” və “Beşiktaş” hərəyə 32 xalla turnir cədvəlində 1-2-ci pillələri bölüşdürür. “Qalatasaray” 26 xalla 3-cü pillədə yer alıb. “Bursaspor” isə “Fənərbaxça”dan sonra 5-ci yerdə qərarlaşıb.

“Beşiktaş” – “Bursaspor” – 2:1
Qollar:
Cenk Tosun, 53-pen (1:0), 65-pen (2:0), Emre Taşdemir, 90+1 (2:1)

 

68 baxış