“Qəbələ”nin futbolçusu hava limanında saxlanılıb

Avropa Liqasının qrup mərhələsinin son oyununda “Maynts”la qarşılaşan “Qəbələ” Almaniyaya səfər zamanı problemlə üzləşib.
Offside.com.az xəbər verir ki, Frankurt hava limanında pasport qeydiyyatından keçən zaman məlum olub ki, futbolçulardan birinin Avropada yaşamaq üçün viza müddəti dekabrın 4-də başa çatıb.
Buna görə futbolçu saxlanılıb. Lakin daha sonra ona 60 avro müqabilində müvəqqəti viza verilib və komanda tam heyətlə Mayntsa yollanıb.
Futbolçunun adı açıqlanmayıb. Lakin viza aldığı son ölkə Portuqaliya olduğundan futbolçunun Rikardinyo, Rafael Santos yaxud da Teo Uiks olduğu güman edilir. Çünki bu futbolçular daha əvvəl Portuqaliya klublarında çıxış ediblər.

Qol.az

83 baxış