Avroliqada həftənin ən yaxşısı məlum oldu

Avropa Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Offside.com.az xəbər verir ki, həftənin ən yaxşısı “Fənərbaxça”nın hücumçusu Mussa Sou seçilib. O, azarkeşlər arasında keçirilən sorğuda 58 faiz səs toplayıb.
Qeyd edək ki, M.Sou “Feyenoord”la görüşdə komandasının qələbə qolunu vurub. O “Mançester Yunayted”lə oyun sonrası da turun oyunçusu seçilmişdi.
75 baxış