“Vilyarreal” da adını növbəti mərhələyə yazdırdı (video)

Avroliqada qrup oyunları başa çatır. "El Madriqal"da "Styaua"nı qəbul edən "Vilyarreal" rəqibinə çətinliklə də olsa qalib gəlməyi bacardı. Hesab 1-1 ikən rəqibin say azlığından istifadə edən Manuel Triqueros komandasına qələbə qazandıran qolun müəllifi oldu: 2-1 Bu qələbə "sarı sualtı qayıq"ı 1/16 final mərhələsinə yüksəltdi.

“Maynts”-“Qəbələ” oyununun start heyətləri açıqlandı

Saat 22:00-da başlayacaq "Maynts"-"Qəbələ" oyununun start heyətləri açıqlandı. Komandalar meydana bu tərkibdə çıxacaqlar: Maynts: Yannik Hut - Aleksandr Hak, Ştefan Bell, Culio Donati, Qaetan Bussmann - Fabian Fray, Jan-Filipp Qbamen, Andre Ramalyo - Jairo Semperio, Pablo De Blasis, Con Kordoba. Qəbələ: Dmitri Bezotosnı - Voyislav Stankoviç, Vitali Vernıdub, Rikardinyo, Urfan Abbasov - Rəşad

Şnayderlin “Milan” yolunda

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Morqan Şnayderlin İtaliyaya yollana bilər. 27 yaşlı fransızla 'Milan" yaxından maraqlanır. "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo futbolçuya bu mövsüm nadir hallarda şans verir və təsadüf deyil ki, Morqan bu mövsüm cəmi 8 oyunda meydana çıxıb. Buna görə də onun qış transfer dövründə "rossoneri" olmaq şansları

“Mançester Yunayteddən getməyim bir səhv idi”

İsveç yığmasının keçmiş hücumçusu Henrik Larsson karyerasının ən böyük peşmanlığı haqqında danışdı. O, "Mançester Yunayted"də azı 1 il daha qalmalı olduğunu dilə gətirdi. 2006-07 mövsümündə "qırmızı şeytanlar" isveçlini "Helsinqborq"a 2 aylığa icarəyə vermişdilər. Həmin müddətdə futbolçu meydana çıxdığı 13 oyunda 3 qol vurmağı bacarmışdı. "Four-Four-Two" nəşrinə müsahibə verən Larsson həmin

“Qarabağ” – “Fiorentina”: heyətlər

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ" - "Fiorentina" oyunu üçün heyətlər müəyyənləşib. Offside.com.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq: “Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda,

Zidan 1/8 final mərhələsində çəkindiyi komandanın adını açıqladı

Ötən gecə öz meydanında "Borussiya" Dortmundla heç-heçə (2:2) edərək qrupdan 2-ci yerlə çıxan "Real" Madrid klubunun 1/8 final mərhələsindəki potensial rəqibləri də artıq məlumdur. Oyunsonrası keçirilən mətbuat konfransında klubun baş məşqçisi Zinədin Zidan pley-offda qarşılaşmaqdan çəkindiyinin komandanın adını da açıqladı. "Pley-offda hansı komandayla rəqib olmağımızı istəməzdim? Etiraf edirəm ki, "Yuventus"la qarşılaşmağımızı

“Bornmutla oyunda buraxılan hər bir qolda Karius günahkardır”

Ötən həftəsonu "İPL"də baş tutan "Bornmut" - "Liverpul" oyununda qonaqlar hesabda 3-1 öndə olsalar da, yekunda 3-4 hesablı məğlubiyyətə uğramışdılar. Həmin oyun haqda mersisaydlıların keçmiş müdafiəçisi Fil Bebb maraqlı açıqlamalar verib. Keçmiş futbolçu məğlubiyyətin əsas səbəbkarı kimi qapıçı Lorius Kariusu gördüyünü dilə gətirib: "Bu nəticə bizi çox məyus etdi. Əslində matç

Luis Suarezlə yeni müqavilə imzalanır

"Barselona" klubu hücumçusu Luis Suarezlə yeni müqavilə imzalamağa hazırlaşır. Klubun prezidenti Xosep Bartomeu yeni müqavilə haqda bunları deyib: "Biz istərdir ki, Suarezlə müqaviləmiz daha uzunmüddərli olsun, ancaq hələlik onunla 2022-ci ilə kimi razılığa gəlmişik. Tezliklə bu baş verəcək, sadəcə bir neçə xırda detalı yoluna qoymaq qalıb. Yaxın günlərdə bu haqda rəsmi

Rasim Ramaldanov Gürcüstan klubundan ayrıldı

Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubundan ayrılıb. Offside.com.az Rekord.az-a istinadən xəbər verir ki, bunu futbolçunun özü təsdiq edib. "Müqaviləmin müddəti başa çatdığı üçün Bakıya qayıtdım. "Kolxeti" yenə məni heyətində görmək istəyir. Amma hələ onlara cavab verməmişəm. Azərbaycanda oynamaq istəyirəm. Gürcüstanda oynamaq mənim üçün xoş idi. Onların maraqlı çempionatı var.