Borussiya” “Real” qarşısına ciddi itkiylə çıxacaq

Dortmund “Borussiya”sı ÇL-nın qrup mərhələsinin VI turu çərçivəsində "Real"la matça ciddi itki ilə çıxacaq. Offside.com.az xəbər verir ki, komandanın əsas üzvlərindən olan Mario Qötse kral klubuna qarşı oynamayacaq. 24 yaşlı yarımmüdafiəçi dizindəki zədəyə görə komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, "Real" - “Borussiya” matçı qrup liderini müəyyənləşdirmək baxımından vacib görüş hesab edilir.  

Azərbaycan futbolunda biabırçılıq: “Birini də vurun, “stavkam” düz gəlsin”

"David Canelidze yüksək liqadada oynayan futbolçuya yaraşmayan kəlmə işlətdi. Bu, Azərbaycanda çıxış edən legionerə də yaraşmayan ifadədir". Offside.com.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında I Divizionda çıxış edən "Rəvan" klubunun futbolçusu Zahid Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL-la keçirdikləri oyunun sonlarında baş verənlərlə bağlı danışarkən deyib. Futbolçu AFFA-nın intizam Komitəsi

Azərbaycan Kuboku, ¼ final mərhələsinin oyun cədvəli

Offside.com.az xəbər verir ki, Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdi. 13 dekabr (çərşənbə axşamı) “Zirə” – “Neftçi” Zirə İdman Kompleksinin stadionu, 17:00 “Qarabağ” – “Sumqayıt” “Azersun Arena”, 18:00 “İnter”  - “Kəpəz” “İnter Arena”, 17:00 (CBC Sport, canlı yayım) “Qəbələ” – AZAL Qəbələ şəhər stadionu, 15:00 Qeyd: Bu mərhələnin cavab oyunları 21 dekabrda reallaşacaq.

“Qızıl Top”un qalibi artıq məlumdur!

Üç dəfə 2008, 2013 və 2014-cü illərdə "Qızıl Top"u qazanan Kriştiano Ronaldo 2016-cı ildə də bu mükafata sahib olacaq. Offside.com.az "Mundo Deportivo"ya istinadən məlumat verir ki, mükafatı təsis edən və təqdim edən "Frans Futbol" nəşri bu həftənin cümə axşamı oyunçunu ziyarət edərək ondan qalib kimi müsahibə alacaqlar. Bu da o deməkdir

Baş məşqçisi Kamranın səhvindən danışdı

"Boavişta"nın baş məşqçisi Migel Lil qapıçıları Kamran Ağayevin Portuqaliya çempionatının 12-ci turunda "Pasuş de Ferreyra" ilə oyundakı (1:2) çıxışını dəyərləndirib. Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı  xəbərə görə, o bildirib ki, rəqib komandanın vurduğu ilk qolda K.Ağayevin kobud səhvi olub: "Kamranın səhvinin zədəsi ilə bağlı olduğunu düşünmürəm. Sadəcə o, həmin an düzgün qərar

“Dəniz Yılmazı yenidən qazandıq”

"Bu gün Dəniz Yılmazın qolları sayəsində qalib gəldik. O, ötən mövsüm bizim əsas qol "silah"ımız idi. Ancaq etdikləri tez unuduldu". Offside.com.az-ın məlumatına görə, bu sözləri "Bursaspor"un baş məşqçisi Hamza Hamzaoğlu "Rizespor"la oyunda (2:1) dubl edən millimizin futbolçusu Dəniz Yılmaz haqda danışarkən deyib. O, 28 yaşlı hücumçunun yaxşı formada oldğunu bildirib: "Bəzi oyunçular

Özil “Arsenal”dan rekord məbləğ istədi

"Arsenal"ın futbolçusu Məsut Özilin London klubu ilə yeni müqavilə imzalamamağının səbəbi müəyyənləşib. Offside.com.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türkəsilli alman yarımmüdafiəçi müqavilənin müddətini uzadacağı təqdirdə, həftəsinə 290 min funt sterlinq qazanmaq istəyir. Bu qədər məbləği İngiltərənin ən çox maaş alan oyunçusu "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba alır.

“Mançester Yunayted” Mourinyo ilə bağlı qərarını verdi

"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyonu istefaya göndərməyi düşünmür. Offside.com.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi komandanı portuqaliyalı mütəxəssisə etibar etməyə davam edəcək. Rəhbərlik hesab edir ki, Mourinyo "MY"nın oyun keyfiyyətini yaxşılaşdırıb. Buna görə də komanda ilk 3-lükdə olmasa da, baş məşqçini işindən razıdırlar. Qeyd edək ki, "MY" İngiltərə Premyer Liqasında

Kamranın səhvi komandasına baha başa gəldi (Video)

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” Portuqaliya çempionatında növbəti oyununa çıxıb. Offside.com.az-ın xəbərinə görə, komanda səfərdə “Pakoş de Ferreyra”nın qonağı olub. Kamran start heyətdə, Emin isə ehtiyat oyunçular arasında yer alıb. Mahmudov 57-ci dəqiqədə Siilva Samunun əvəzinə oyuna qoşulub. Görüş həmyerlilərimizin komandasının 1:2 hesablı məğlubiyyət ilə başa çatıb.