“Bavariya”da “Atletiko” ilə oyun öncəsi ciddi itki

"Bavariya" klubunun əsas oyunçularından olan Jerom Boatenq 2-ci gün baş tutacaq "Atletiko" Madrid ilə oyunu buraxmaq məcburiyyətində qalacaq. Bu haqda klubun mətbuat konfransında baş məşqçi Karlo Ançelotti məlumat verib. Mərkəz müdafiəçisi zədə üzündən "Bundesliqa"da "Maynts"la oyunu da buraxmışdı. Onun çiynindəki ağrılardan əziyyət çəkdiyi bildirilir.

İspan nəhəngləri Marsiala elçi düşüb

"Mançester Yunayted" klubunun hücumçusu Antoni Marsial ispan nəhənglərinin "radar"ına düşüb.  "The Sun" nəşrinin yaydığı məlumata görə, 21 yaşlı fransız oyunçu "Barselona" və "Real" Madrid klublarının diqqətini cəlb edib. Katalonların şərtləri barədə hələ ki bir məlumat yoxdur, madridlilər isə Marsialın əvəzində qarşı tərəfə Xames Rodrigezi təklif edir. "Kral klubu" transfer qadağası

BLOQ: Modriçin yolu

2008-ci il Avropa çempionatı. Xorvatiyanın qrup matçından əvvəl canlı yayımda qonaq olan Ağasəlim Mircavadov onu "başımın bəlası" adlandırmışdı. O bir il əvvəl Zaqreb Dinamosunun heyətində Bakıya gəlmiş, həm Xəzər Lənkəran, həm də Mircavadov üçün əsl baş ağrısı olmuşdu. Son "El Klasiko" zamanı mərkəz yarımmüdafiəçisi üçün inanılmaz oyun sərgiləyən Luka bu

“Qəbələ”nin son oyunu üçün hakim təyinatı

Avropa Liqasının qrup mərhəlsəi çərçivəində keçiriləcək “Maynts” – “Qəbələ” oyununu idarə edəcək hakimlər bəlli olub. Offside.com.az Rekord.az-a istinadən xəbər verir ki, qarşılaşmanı uelsli hakimlər briqadası idarə edəcək. Baş hakim Li Evans təyin olunub. Ona yan xətt hakimləri Qaret Cons və Luis Edvards kömək edəcək. Əlavə hakimlər Anto Brayan Markharm-Cons və Nik

Neymar məşqdə iştirak etmədi

"Barselona"nın braziliyalı futbolçusu Neymar komandasının bugünkü məşqini buraxıb. Offside.com.az xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun La Liqanın 14-cü turunda "Real" Madridlə görüşdə zədələnməsidir. O, əzələsindəki probləm səbəbindən bu həftəni fərdi qaydada məşqlə keçirəcək. Həmçinin futbolçu cəza səbəbində katalonların keçirəcəyi növbəti 2 oyunda iştirak edə bilməyəcək.  

Serxio Aqueroya sərt cəza

İngiltərə Premyer Liqasının 14-cü turunda keçirilən "Mançester Siti"-"Çelsi" oyunu şəhərlilərin məğlubiyyəti ilə başa çatmışdı. Komanda bu gün isə ikiqat zərbə alıb. Belə ki İngiltərə Futbol Federasiyası Serxio Aqueronu oyunun sonlarında qonaqların müdafiəçisi David Luizə qarşı sərt hərəkəti səbəbindən 4 oyunluq cəzalandırıb. Offside.com.az xəbər verir ki bununla da o "Lester Siti", "Arsenal", "Uotford"

Vəli Qasımov: “Qarabağ” böyük hesabla məğlub olacaq”

Futbol mütəxəssisi Vəli Qasımov "Qarabağ"ın "Fiorentina"nı məğlub edəcəyinə inanmır. Offside.com.az azerisport.com-a istinadən məlumat verir ki, "Neftçi"nin keçmiş baş məşqçisi Avroliqadakı Azərbaycan komandalarının son oyunlarda məğlub olacağınız söyləyib. "Ümumilikdə baxsaq, "Qarabağ" bu mövsüm Avropada yaxşı futbol göstərdi. Düşünürəm ki, onlar Avroliqanın play-off mərhələsinə çıxmağa layiqdilər. Lakin inanmıram ki, onlar "Fiorentina"nı məğlub edəcəklər.

“Bavariya”da yeni müqavilə ilə şaiyələrə son qoyur

"Bavariya" polyak futbolçusu Robert Levandovski ilə yeni müqavilə imzalamaq üzrədir. Offside.com.az xəbər verir ki, bu barədə polşalı hücumçunun meneceri Mark Bartel məlumat verib. Levandovski ilə "Bavariya"nın bu ay müqavilə imzalayacağı gözlənilir. Yeni müqavilə ilə o, ilinə əvvəlki kimi 12 milyon avro qazanacaq. Bununla da Levandovski Münhen klubunda ən yüksək maaş alan oyunçulardan

“Qarabağ” – “Fiorentina” matçına böyük maraq var

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsinin VI turunda İtaliyanın "Fiorentina” klubunu qəbul edəcək. Offside.com.az Sportal.az-a istinadən xəbər verir ki, matçın biletləri bu gün saat 11:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılıb. Əldə etdiyimiz məlumata görə, satışa çıxarılan biletlərdən 5 mindən çoxu satılıb. 1-7 və 22-27 nömrəli sektorlar - 1

“Borussiya”da “Real” ilə oyun öncəsi itki

“Borussiya” Dortmundun yarımmüdafiəçisi Nuri Şahin bundesliqanın 13-cü turunun Münhenqladbax “Borussiya”sına qarşı oyununda zədələnib. Offside.com.az xəbər verir ki, bu səbəbdən 36-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalan türk futbolçunun son durumu müəyyənləşib. Onun zədəsi çox ciddi deyil və türk futbolçu yalnız iki həftə meydanlardan kənar qalacaq. Bu səbəbdən o "Real" ilə oyun üçün Madrid