“Bu nəticənin ədalətli olduğuna əmin deyiləm”

“La Liqa”nın 14-cü turunda baş tutan “Barselona” – “Real” Madrid (1:1) oyununun ardından madridlilərin baş məşqçisi Zinədin Zidan mətbuat nümayəndələrinin suallarını cavablayıb. Nəticənin ədalətli olduğundan əmin olmadığını deyən Zidan bundan sonra da rahatlaşmayacaqlarını dilə gətirib:
“Bu heç-heçə qələbə dadında deyil. Bu, sadəcə 1 xaldır. Amma yaxşı nəticəyə görəyə xoşbəxtik. Düşünmürəm ki, bu məğlubiyyət “Barselona”ya mənəvi zərbə olacaq. Aramızda 6 xallıq fərq var, ancaq bu hələ heç bir şey ifadə etmir. Mövsüm uzundur, qarşıda hələ çox oyunlar var. İlk hissədə qol vursaydıq, oyun tamam başqa məcrada davam edərdi. Ancaq ilk qolu “Barsa” vurdu və hər şey bizim üçün çətin oldu. Bu nəticənin ədalətli olduğundan əmin deyiləm, ancaq bu barədə danışmaq artıq mənasızdır. Ramosun son dəqiqə qolu? Ramos əsl xarakterli oyunçudur, heç zaman təslim olmur”.
50 baxış