Həm “Barsa”, həm də “Real”la “La Liqa”nı qazanan 5 oyunçu

“El Klasiko” yaxınlaşır. “Barselona” və “Real Madrid” arasında olan qarşıdurma əfsanəvi birisidir. İspaniyanın ən böyük iki klubu birlikdə 55 “La Liqa” titulu qazanıblar. Madrid təmsilçisi 32 dəfə, Barselona təmsilçisi isə 23 dəfə çempionluq yaşayıblar. Hər iki klubun formasını geynən bir çox oyunçular olub, lakin heç də hamısı komandalar ilə çempion olmayıblar. Məsələn, Ronaldo Nazario və Xavyer Savyola kimi oyunçular hər iki tərəfdə oynasalar da, hər ikisi ilə çempion ola bilməyiblər. Bu yazıda sizə həm “Barsa”da, həm də “Real”da oynamaqla çempion olan 5 oyunçunu təqdim edəcəyik.

                                                      1. Luiş Fiqo
Bütün zamanların ən yaxşı oyunçularından olan Luiş Fiqonun “Barselona”dan “Real Madrid”ə 2000-ci ildə transferi bütün zamanların ən qalmaqallı transferi kimi tarixə keçdi. Öz oyun kretivliyi və rəqib müdafiəçiləri driblinqi ilə keçmə qabiliyyətinə görə Fiqo öz dövrünün ən möhtəşəm vinqerlərindən biri olub. Portuqaliyalı ulduzun kreativliyinin bariz nümunəsi odur ki, o, “La Liqa”da ən çox assist edən ikinci oyunçudur və yalnız Lionel Messidən geri qalır.

Fiziki cəhətdən güclü, cəld olan və eleqant oyunu ilə fərqlənən Fiqo yüksək səviyyəli tenikası və driblinqi ilə təkbətək mübarizələrdə qalib ayrılırdı və müdafiəçiləri keçməkdə problemlər yaşamazdı. Standart vəziyyətlərdə dəqiq hava ötürmələri edə bilən Fiqo uzaq məsafədən və cərimə zərbələrindən gözəl qolların müəllifi idi. Luiş “Barselona” və “Real Madrid”lə iki çempionluq yaşayıb və 2000-ci ildə “Qızıl Top”un qalibi olub

Fiqo “Barselona”da:
– Mövsümlər 1995-2000 (5)
– “La Liqa” titullarının sayı –  2 (1997/98, 1998/99)
– Ümumi titullarının sayı – 7

Fiqo “Real Madrid”də:
– Mövsümlər: 2000-2005 (5)
– “La Liqa” titullarının sayı – 2 (2000/01, 2002/03)
– Ümumi titullarının sayı – 7

                                               2. Mikael Laudrup 
Laudrup bütün zamanların ən istedadlı oyunçularından biri idi. Eleqant danimarkalı oyunçu unikal bir göstəriciyə sahibdir. Belə ki, o, 5-0 hesabı ilə həm “Barsa”nın, həm də “Realın” qalibiyyəti ilə bitən “El Klasiko”ların ikisində də çıxış edib.

Cəld, ağıllı və istedadlı Laudrup topla rəftarına görə tanınıb. O, ən effektiv və universal yarımmüdafiəçilərdən biri olub. Baxmayaraq ki, ilk öncə müdafiyəmeyilli oyunçu kimi oynasa da, o, orta xəttin bir çox yerlərində oynamaq bacarığına malik olub və hətta vinqer kimi də çıxış edib. Laudrup həm “Barsa”, həm də “Real” azarkeşləri tərəfindən sevilən tək-tük oyunçulardan biridir. Laudrup “Barsa və “Madrid”lə dörd “La Liqa” titulu qazanıb.

Laudrup  “Barselona”da:
– Mövsümlər: 1989-1994 (5)
– “La Liqa” titullarının sayı  – 4 (1990/91, 1991/92, 1992/93, 1993/94 )
– Ümumi titullarının sayı  – 9

Laudrup “Real Madrid”də:
– Mövsümlər: 1994-1996 (2)
– “La Liqa” titullarının sayı  – 1 (1994/95 )
– Ümumi titullarının sayı  – 1

                                                    3. Luis Enrike
“Barselona”nın hal-hazırki baş məşqçisi Luis Enrike “Real Madrid”də 5 mövsüm keçirib və 1994/1995 mövsümündə komanda ilə ölkə çempionu olub. Luço komandada müqaviləsinin sonunadək qalıb və azad agent statusu ilə əzəli rəqib “Barselona”ya 1996-cı ildə keçib.

Katalon klubunun azarkeşləri ilk əvvəllər oyunçuya münasibətdə tərəddüd edirdilər, lakin Luis Enrike orada səkkiz mövsüm keçirərək və “Real Madrid”ə qarşı oyunlarda qollar vuraraq onların sevgisini qazana bilmişdi. Baxmayaraq ki, ispan oyunçu Madriddə beş mövsüm keçirib, o, bir dəfə belə bir açıqlama vermişdi: “Mən çox nadir hallarda “Real Madrid” azarkeşləri tərəfindən qiymətləndirilirdim və orada çox da yaxşı xatirələrim yoxdur”.
Enrike indi “Barsa”nın məşqçisidir və eks-klubunu məğlub etməyə çalışacaq. O, “Barsa” ilə iki “La Liqa” titulunu qazanıb oyunçu kimi.

Luis Enrike “Real Madrid”də:
– Mövsümlər: 1991-1996 (5)
– “La Liqa” titullarının sayı – 1 (1994/95 )
– Ümumi titullarının sayı– 3

 Luis Enrike “Barcelona”da:
– Mövsümlər: 1996-2004 (8)
– “La Liqa” titullarının sayı – 2 (1997/98, 1998/99 )
– Ümumi titullarının sayı – 7

                                                 4. Bernd Şuster

“Real Madrid”in keçmiş məşqçisi Bernd Şuster “La Liqa”nın “Barsa” və “Madrid”lə qazanıb. Alman oyunçu 80-ci illərdə “Barsa”nın əsas oyunçularından biri olaraq “Kamp Nou”da səkkiz mövsüm keçirdi. Daha sonra o, “Bernabeu”ya yollandı və Madriddə iki mövsüm oldu. Əsasən, yarımmüdafiəçi mövqeyində çıxış edən Şuster oynadığı komandalarda vacib qolların müəllifi də olmağı bacarıb və hətta müdafiədə də oyanyıb. Baxmayaraq ki, Şuster heç zaman məşqçilərlə əla münasibət yaşamayıb, o, öz oyunu ilə vacib bir oyunçu olduğunu göstərib.

“Barselona”da səkkiz mövsüm keçirməsinə baxmayaraq, Şuster yalnız bir dəfə “La Liqa”nı qazanıb. Əksinə, “Real”da keçirdiyi iki mövsümə o, iki “La Liqa” titulu sevincini yaşayıb. “Real Madrid”də o, həmçinin, məşqçi kimi də çempion olub.

 Bernd Şuster “Barselona”da:
– Mövsümlər: 1980-1988 (8)
– “La Liqa” titullarının sayı – 1 (1984/85 )
– Ümumi titullarının sayı – 8

 Bernd Şuster “Real Madrid”də:
– Mövsümlər: 1988-1990 (2)
– “La Liqa” titullarının sayı – 2 (1988/89, 1989/90 )
– Ümumi titullarının sayı – 4

                                                      5. Albert Selades
“Barselona” akademiyasının yetirməsi olan Albert Selades hər iki klubla çempionluq yaşayan elit futbolçular qrupuna daxildir. Selades müdafiəmeyilli yarımmüdafiəçi mövqeyində oynayırdı və əsas iki klubdan başqa, həmçinin, “Selta” və “Zaraqoza” kimi klublarda da oyanyıb.

1997/199 mövsümündə o, 36 oyun keçirdi və ölkə çempionatında titulsuz üç ildən sonra Lui Van Qalın “Barsa”sı, nəhayət, “La Liqa”nı qazandı. O, həmçinin, UEFA Superkubokun hər iki qarşılaşmasında start heyətində meydana çıxdı və “Barsa” “Borussiya Dortmund” üzərində 3-1 hesabı ilə qələbə qazandı, lakin növbəti mövsümdə meydana daha az sayda çıxdı və yenə də komanda ilə ölkə çempionu oldu. Daha sonra Selades “Real Madrid”ə transfer olundu və orada o, normal qayda ilə oyun sayı əldə edirdi. Bununla belə, Madrid təmsilçisi ilə beş il ərzində  o, iki “La Liqa” və Çempionlar Liqası titulunu qazandı.

Albert Selades “Barselona”da:
– Mövsümlər: 1995-1999 (4)
– “La Liqa” titullarının sayı – 2 (1997/98, 1998/99 )
– Ümumi titullarının sayı – 8

 Albert Selades “Real Madrid”də:
– Mövsümlər: 2000-2005 (5)
– “La Liqa” titullarının sayı – 2 (2000/01, 2002/03 )
– Ümumi titullarının sayı – 6

 

Yazı ilk öncə  FCBAZE.com üçün hazırlanmışdı.

1. 123 baxış