Karlos Bakka “Milan”ı tərk edir?

“Milan”ın futbolçusu Karlos Bakkanın komandadan ayrılması ilə bağlı gəzən şaiyələrə son qoyulub. Offside.com.az xəbər verir ki, kolumbiyalı futbolçunun agenti Serxio Barila bu xəbəri təkzib edib. “Artıq neçə müddətdir, bu kimi xəbərlər eşidirik. Bakka “Milan”da xoşbəxtdir və buranı tərk etməyəcək”. Qeyd edək ki, bu mövsüm 6 qol və 1 assist edən hücumçunun adı "Napoli"ylə

Joze Mourinyo cəzalandırıldı

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Offside.com.az xəbər verir ki, buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"ə qarşı matçda futbolçusu Pol Poqbaya verilən sarı vərəqə ilə bağlı qərara sərt şəkildə etiraz etməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 1 oyunluq cəzalandırılıb. Bu isə o

“Ya 10 günə qayıdacam, ya da karyeramı bitirəcəm”

Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin zədəsindən danışıb. Offside.com.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən təcrübəli qolkiper ciddi problem olduğunu desə də, tezliklə meydana qayıtmaq istədiyini bildirib: “Məşqdə zədələndim. Özü də sağlam olan sağ ayağımdan xəsarət aldım. Bu qismətdir. Həmişə gəlib pik nöqtəyə çatanda zədə alıram. “Qəbələ”də, “İnter”də, “Kayserispor”da

“Ronaldonu “Barsa”ya 17 milyon avroya transfer edə bilərdik”

Şənbə günü keçiriləcək "El Klasiko" öncəsi "Barselona"nın eks-prezidenti Xoan Laporta keçmişdə olan söhbəti yada salaraq deyib ki, katalonlar "Real Madrid"in ulduzu Kriştiano Ronaldonu "Sportinq"də çıxış edən zaman transfer edə bilərdilər. Offside.com.az "AS"-a istinadən xəbər verir ki, Laporta portuqaliyalı oyunçunu 2003-cü ilin yayında "Barsa"ya gətirmə şansı olduğunu söyləyib. Oyunçunun agenti Xorxe

“Qarabağ” və “Qəbələ”nin oyunlarında 1 dəqiqəlik sükut – UEFA-dan qərar

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun bütün matçları, o cümlədən “Qarabağ” – “Fiorentina” və “Maynts” - “Qəbələ” oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq. Offside.com.az xəbər verir ki, bu haqda qərarı UEFA qəbul edib. Qurumun saytının yaydığı xəbərə görə, bir dəqiqəlik anma aksiyası bu günlərdə Kolumbiyada təyyarə qəzası zamanı həlak olan

İngilis hücumçu müqavilə müddətini artırdı

İngiltərənin “Tottenhem” klubu futbolçusu Harri Keyn ilə müqaviləni yeniləyib. Offside.com.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. 23 yaşlı hücumçunun müqaviləsi 2022-ci ilin yayına qədər artırılıb. Onun əvvəlki müqaviləsi 2020-ci ilə qədər idi. Qeyd edək ki, cari mövsüm Premyer Liqada 8 oyuna çıxan hücumçu 5 qol vurmağı bacarıb.

İngiltərə liqa kuboku: yarımfinalın cütlükləri

İngiltərə liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Offside.com.az xəbər verir ki, bu mərhələdə "Mançester Yunayted" "Hall Siti" ilə, "Liverpul" isə "Sauthempton"la qarşılaşacaq. Qeyd edək ki, yarımfinalın ilk oyunları yanvarın 9-u, cavab görüşləri yanvarın 23-ü keçiriləcək.

“Fənərbaxça” uduzdu, “Qalatasaray”dan bərabərlik

Türkiyə kubokunda qrup mərhələsinin oyunları davam edir. Offside.com.az xəbər verir ki, növbəti oyun günündə A, C, E və G qruplarında 6 oyun keçirilib. Maraqla gözlənilən qarşılaşmalarda “Qalatasaray” öz meydanında “Elazığspor”la bacarmayıb – 1:1 “Fənərbaxça” isə ev oyununda “Gənclərbirliyi”nə uduzub – 1:2. “Qalatasaray” – “Elazığspor” – 1:1 Qollar: Karol, 41 (1:0), Kayali, 90+2 (1:1) “Fənərbaxça”  -

“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında

Offside.com.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin ağdamlılar 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz

“Qəbələ”nin tarixində 3-cü

Offside.com.az xəbər verir ki, “Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb. Roman Qriqorçukun yetirmələrinin son yenilgisi ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə