Futbolda maraqlı hadisələr – BİRİNCİ HİSSƏ

Futbol gözəl idman növüdür və orada uzun müddət yaddaşlarda qala biləcək qəribə hadisələr və maraqlı hallar yaşana bilər. Artırılma dəqiqələrdə itin sayəsində qazanılan oyundan tutmuş 10 dəqiqə ərzində təyin olunan və istefaya göndərilən məşqçiyədək. İnanılmaz hadisələr baş verə bilər. Bu yazıda bəlkə də çoxlarınızın bilmədiyi qəribə hadisələrlə tanış olacaqsınız.

NORTHAMPTON - AUGUST 9: Torquay United manager Leroy Rosenior during the Nationwide League Division Three match between Northampton Town and Torquay United held on August 9, 2003 at the Sixfields Stadium, in Northampton, England. Torquay United won the match 1-0. (Photo by Pete Norton/Getty Images)

1. 10 dəqiqəlik məşqçi

Leroy Rosenyor adlı məşqçi futbol tarixinin ən qısa müddətli məşqçisi olub. Cəmi 10 dəqiqəyə. İngiltərə futbol liqasında aşağı diviziona düşən “Torquay Yunayted” klubu tərəfindən bu posta təyin edilmişdi Rosenyor, 10 dəqiqə sonra klub satılmışdı və klubun yeni sahibləri öz istədikləri məşqçini komandanın başı gətirmişdilər

2. Nənəsini “öldürən” oyunçu

İrland oyunçu Stefan Ayrlend sevdiyi qızı görmək üçün yalandan İrlandiya Futbol federasiyasına demişdi ki, nənəsi ölüb. Bu “ölü nənə” yalanının üstü açıldıqdan sonra,  ana tərəfdən olan Patrisiya Tallon adlı nənəsini”diriltməyə” məcbur oldu və üzr istədi. İrland oyunçu sonra qəbul etdi ki, Korkda tək qalmış sevgilisini ziyarət etmək üçün millinin oyununda iştirak etmək istəməyib. Hətta, o, “Mançester Siti”dəki məşqçisi Sven-Qoran Erikssondan xahiş edib ki, onu komandanın bir oyunundan azad etsin, çünki o, hələ də “nənəsinin ölümünü” atlaya bilməyib və “dəfn mərasiminin təşkilində məşğuldur”. Məşqçi isə daha sonralar Ayrlendi “axmaq” kimi adlandırıb.

3. Zarafatcıl oyunçu

“Latsio”nun yarımmüdafiəçisi Luçiano Re Keçonninin yumor hissi ona həyatı bahasına başa gəldi. 1978-ci ildə o, Romadakı zərgərlik mağazasında girib zarafat məqsədilə “Diqqət! Bu, qarətdir” qışqırmışdı. Mağazanın sahibi Keçonniyə silahdan atəş açmışdı, sonuncu isə ölüm ayağında mağaza sahibinə zarafat olduğunu deyərək ölmüşdü.

4. Özünü “satan” oyunçu-məşqçi
Oyunçu-məşqçi olan Ayvor Broadis 1949-cu ilə özünü digər kluba satmaqla əvvəlki klubuna maddiə cəhətdən köməklik etmişdi. Broadis 1946-cı ildə “Karlisli Yunayted”ə transfer olunan 23 yaşında ən gənc oyunçu-məşqçi olmuşdu. Yeni klubunda da maddi problemlər olan kimi, o, “Karlisli”yə yardım etmək üçün özünü “Sanderlend”ə 18 min funt sterlinqə satmışdı. İngiltərə millisində 18 oyun keçirən və “Mançester Siti”də də oynamağa şans tapan Broadis yenidən “Karlisli”yə yerli qəzetin jurnalisti kimi qayıtmışdı.
5. Gec gələn pivə qolu
Avstriyanın pivə şirkəti AVRO-2008-dən əvvəl elan etmişdi ki, turnirdə Avstriyanın ilk qolunu vuran oyunçu ömrünün sonunadək şirkətdən pivə ilə təmin ediləcək. Bununla belə, bu cazibədar mükafat öz sahibini tez bir zamanda tapmadı, çünki Avstriya millisi qol vurmaqda çətinlik çəkirdi. Yalnız İvitsa Vastiç son oyunda (!) 93-cü dəqiqədə (!) penaltidən (!) millinin yeganə qolunu (!) vuraraq bu mükafata sahib çıxdı.
6. Xilaskar it
dog-1425799943Brayan adlı it, bəlkə də tarixdə, komandanı aşağı diviziona düşməsindən xilas edən yeganə itdir. “Torquay Yunayted” 1987-ci ildə mövsümün son oyununu oynayırdı və liqadan düşmək təhlükəsi ilə üzbəüz idi. Komanda “Cryü Aleksandra”ya qarşı oyunda 2-1 hesabı ilə geridə idi, son dəqiqələrə yaxın qapı arxasında stadiona nəzarət edən polisin iti Brayan “Toruqay”ın oyunçusu Cim Maknikolun budunu dişləyir. Onu ayağında sarğı qoymaq və həkim köməyi göstərmək dörd dəqiqə çəkir və əlavə edilən dördüncü dəqiqədə komandanın hücumçusu Pol Dobson dramatik qolu vuraraq komandasını məğlubiyyətdən və aşağı diviziona düşməkdən xilas edir. Brayan öldükdən sonra “Torquay” komandasının sahibləri itin içini dolduraraq bir eksponat kimi idarə heyətinin otağında saxladılar.
7. Penaltiyə “yox” deyən Baccio
Roberto Baccio ona həvalə edilən penaltini yerinə yetirməkdən imtina edir. Təsəvvür etmək çətindir, amma bu, baş vermişdi. “Fiorentina”dan “Yuventus”a keçən Baccio Florensiya azarkeşlərinin qəzəbinə tuş gəlmişdi. Ştatlı penaltist kimi ad çıxaran Baccio iki komandanın oyunu zamanı “Fiorentina”nın qapısına təyin edilən penaltini yerinə yetirməkdən imtina edir. O, düşünür ki, əgər penaltini yerinə yetirə bilməsə, o zaman, onun köhnə komandasına qəsdən penaltini vurmadığını düşünəcəklər. Bununla belə, penalti dəqiq olmur və “Yuventus” 1-0 hesabı ilə məğlub olur. O zamanlar “Yuve”nin məşqçisi Luici Mayfredi Baccionun bu qərarından əsəbləşir və dərhal onu əvəz edir.

8. Bir qəpiyin söhbəti

“Liverpul”lu Ceymi Karager 2002-ci ildə “FA Cup” çərçivəsində Arsenala qarşı oyunda ona atılan bir funt dəyərində olan qəpiyin ona dəyməsindən o dərəcədə qəzəblənir ki, o qəpiyi geriyə tribunaya atır. Bu, ona qırmızı kart bahasına başa gəlir, klub isə 40 min funt sterlinq cərimə ödəyir və oyunçu bir müddətlik İngiltərə millisində yerini itirir.

Ardı var…

764 baxış