Stiven Cerardın karyerasının unudulmaz anları (VİDEOBLOQ)

İngitərə millisinin və “Liverpul”un eks-kapitanı və əfsanəvi oyunçusu Stiven Cerard karyerasını bitirdiyi elan etdi. Bununla da o, 18 illik futbolçu karyerasına son qoydu. Cerardın karyerası çox rəngarəng və qələbələrlə dolu oldu. Bu yazıda “StiviCi”nin karyerası ərzində ən yadda qalan anları ilə tanış olacaqsınız.

1. “Mançester Yunayted”ə vurduğu mükəmməl qol və unudulmaz qol sevinci

Cerard ümumilikdə “Mançester Yunayted”ə qarşı oyunlarda karyerası ərzində doqquz qol vurub, lakin “Liverpul”un əzəli rəqibinə qarşı oyunlarda ən yadda qalan qolu 2001-ci ilin martında “Enfild”də Fabyen Bartezin qapısına uzaq məsafədən möhtəşəm zərbədən sonra keçən qol oldu.

liverpool-manchester-united-steven-gerrard_3246911

Bu oyundakı qələbə ilə (2-0) “Liverpul” nəhayət əzəli rəqib üzərində bir mövsümdə ikinci qələbəsini qazandı.. son 22 ildə. Həmçinin, qoldan sonra Cerardın qol sevinci də yaddaşlara həkk olundu, belə ki, o, qaçaraq meydança üzərində “üzərək” künc zərbəsi bayrağına çatdı. Həmin mövsüm “mersisaydlılar” üçün çox uğurlu oldu: komanda bir kalendar ilində beş titul qazandı.

2. “Olimpiyakos”a qarşı oyunda vurduğu gözəl qol

Həmin oyun “Liverpul” üçün çox vacib idi. “Liverpul” bu oyunda iki top fərqi ilə qalib gəlməliydi. Əks təqdirdə komanda Çempionlar Liqasının play off mərhələsinə adlaya bilməyəcəkdi.

skysports-steven-gerrard-olympiacos-champions-league_3825947
Hər şey “Liver” üçün pis başladı: Rivaldo yunan klubunu ilk hissdə hesabda irəli çıxardı, ikinci hissədə Floran Sinama-Ponyol hesabı bərabərləşdirdi, Nil Mellor hesabda irəli çıxardı və yalnız kapitanın son dəqiqələrdə uzaq məsəfədən vurduğu mükəmməl qol “Liverpul”u  pleyoff mərhələsinə daşıdı və “Enfild”i ağlasığmaz sevinc bürüdü. Daha sonra baş verənlər isə hamıya məlumdur. “Liverpul” qitənin ən mötəbər turnirinin qalibi oldu.

3. İstanbul nağılı

Şübhəsiz, klub tarixinin ən məşhur və ən unudulmaz anı İstanbulda yaşandı. Bəlkə də, Cerardın özünün “Liverpul” forması ilə ən möhtəşəm anı idi.
skysports-steven-gerrard-liverpool-istanbul-champions-league_3825948
Komanda ilk hissədən sonra “Milan”a 3-0 hesabı ilə məğlub olurdu, Cerard ikinci hissədə öz “orkestrini” ruhlandırmağı bacardı və oyunu öz əlinə aldı. İlk öncə o, baş zərbəsi ilə hesabdakı fərqi azaltdı, daha sonra komandasına penalti qazandırdı və Çabi Alonso bundan maksimum yararlanaraq hesabı bərabərləşdirdi. Qısası. Cerard Çempionlar Liqası kubokunu başı üzərinə qaldırdı və bu anı “həyatının ən gözəl hissi” kimi təsvir etdi.

4. FA Cup qəhrəmanı

Məşhur “3-3″dən sonra daha bir final oyununda Cerard ön səhnəyə çıxdı. Bu dəfə Kardifdə keçirilə FA Cup finalında rəqib “Vest Hem” idi. Bu dəfə də Cerard özünün möhtəşəm solo performansını ortaya qoydu.
rafa-benitez-steven-gerrard-liverpool-west-ham-fa-cup-final_3246913
“Çəkicdöyənlər” 2-0 hesabı ilə öndə idilər, daha sonra Cerard və Cibril Sissenin qolları ilə hesab bərabərləşdi. Alan Pardyünun komandası üçüncü qolu vuraraq yenidən hesabda irəli çıxdı, lakin həmin gecə “StiviCi”nin gecəsi idi. “Vest Hem”in qalib gəlməsi üçün saniyələr qalmış Cerard yenidən öz “artilleriya”sını işə saldı və onun uzaqdan vurduğu “mərmi” dəqiq oldu. Penalti zərbələrində Cerard öz penaltisini dəqiq yerinə yetirdi və daha dəqiq olan “qırmızılar” dramatik şəraitdə yenidən kuboka sahib oldular.

5. Derbidə hettrik

Devid Moyesin “Everton”un sükanı arxasında on illik yubileyində “Enfild”in qəhrəman şounu oğurladı.
steven-gerrard-liverpool-everton_3246914
Cerard həmin oyuna klub və milli ilə son yeddi oyunda qol vurmadan başlamışdı, lakin “Liverpul”un bossu Kenni Daqliş onu “Mersisayd derbi”sinə ilk dəqiqələrdən meydana buraxdı və kapitan ev oyununda hettrik edərək komandasına 3-0 hesablı qələbə gətirdi. Hər üç qolu da çox gözəl alındı.

 

6. Münhendə sehr

Cerard İngiltərə millisi ilə 114 oyun keçirib. Yalnız üç oyunçu onu bu göstəricidə qabaqlayır. Lakin milli ilə altı beynəlxalq turnirdə iştirak etməsinə baxmayaraq, yarımmüdafiəçi özünün “qızıl nəslinin” nümayəndələri kimi heç bir titul qazana bilmədi.

skysports-steven-gerrard-england-germany-munich-sol-campbell-ashley-cole_3825940

Bununla belə, 2001-ci ilin sentyabrında Stivi İngiltərənin ən gözəl gecələrindən birində önəmli rol oynadı. Almaniyaya qarşı oyunda o, yenidən uzaq məsafədən əla qol vurdu. Münhendə keçirilən oyunda millinin gələcək kapitanı hesabı 1-1 etdi. İkinci hissədə isə ingilislər daha dörd qol vuraraq Almaniya milliini 5-1 hesabı ilə darmadağın etdi. Cerard isə bir assistini Maykl Ouenə etdi.

1. 473 baxış