Tyeri Anri: “Messi əsəbləşəndə onu saxlamaq mümkün deyildi”

İngiltərənin və “Mançester Yunayted”in eks-oyunçusu Rio Ferdinand öz avtobioqrafik kitabında Tyerri Anri ilə Lionel Messi haqqında olan söhbəti yazılıb. Anri Ferdinanda Messinin gənc olarkən “Barselona”nın məşqlərində özünü necə apardığını söyləyir. Fransız yadına salır ki, “Barsa”nın məşqlərinin birində argentinalıya qarşı qayda pozuldu, lakin oyun dayanmadı və cərimə zərbəsi təyin edilmədi.

“Top onun komandasının qapıçısına qayıdanda, o, qapıçıya tərəf qaçdı və topun ona verilməsini istədi. Qapıçı topu Leoya ötürdü, o isə rəqib komandanın bütün oyunçularını keçərək əsəbindən qol vurdu. Mən bunu adətən uşaq meydançalarından məktəbdə edirdim. Lakin messi bunu kiçik uşaqlara qarşı deyil, Yaya Ture, Puyol, İnyesta, Çavi, Buskets kimi nəhəngləri keçib etdi.  Bu hal bir neçə dəfə təkrar olunurdu. Hər zaman ədalətsizlik olanda Leo bu cür edərdi”.

behhjhaceaakrc1

Daha sonra Tyeri Riodan soruşur: “Bəlkə, sən belə bir şey Ronaldodan görmüsən?”

Ferdinand: “Xeyr”. 

Anri: “Mən Zidan və Ronaldinyo ilə oynamışam, lakin onlar da bu cür  şeyləri etmirdilər”. 

1. 537 baxış