Ronaldo: “Qrizman mənə nifrət edir”

Kriştiano Ronaldo “France Football” üçün verdiyi üksklüziv müsahibəsində AVRO-2016 qalibiyyəti haqqında bəzi maraqlı detalları çatdırıb. Lakin ən maraqlı məqam isə Fransa millisinin və “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanla bağlı olub. Xatırladaq ki, sonuncu, yarışdan bir neçə həftə əvvəl Çempionlar Liqasının finalında “Real Madrid”ə məğlub olmuşdu. Daha sonra isə Avropa çempionatının finalında Fransa millisi Portuqaliyaya məğlub oldu.

“Gülməli hadisə oldu. Mən və Antuan eyni anda Mayamidə istirahət edirdik və restoranların birində rastlaşdıq. O, öz nişanlısı ilə idi. Qrizman mənim masama yaxınlaşdı və gülərək məənə dedi: “Sənə nifrət edirəm!”(Cristiano, je te déteste!). 

107 baxış