“Narko-futbol”: Pablo Eskobarın futbola təsiri – İLK HİSSƏ

Pablo Eskobar tarixin ən qanlı kriminallarından biri və bəlkə də ən birincisidir. Artıq bir çoxları onun həyatı haqqında bəhs edən “Narcos” serialını izləyiblər və orada bu insanın kim olduğu, nələr etdiyini bilirlər. Çoxları bilməsə də, lakin Eskobarın Kolumbiya futboluna təsiri böyük olub. Bu yazıda siz Pablo Eskobarın Kolumbiya futbolunu necə dəyişməsi haqqında tarixlə tanış olacaqsınız.

Pablo Escobar, left, 41-year-old billionaire leader of the Medellin drug cartel, poses at a soccer game in Medellin, Colombia, in 1983. At right is an unidentified bodyguard. (AP Photo)

Çox az adam tapılar ki, Eskobarın necə qəddar olmasını təkzib etsin: qatil, bomba partladan, reket işini görən, rüşvət verən. Bu, hələ onun adına yazılacaq qısa bir siyahıdır. Dünyaya gəldiyi Medelin şəhərindən bütün ölkəyə və ABŞ-na kokaini inanılmaz yollarla və həcmdə sataraq milyonlara pul qazanan Eskobar məşhur kokain karteli olan “Medelin karteli”nin başçısı idi. Lakin bununla belə, çox qəribədir ki, o, bir çoxları üçün hələ də müqəddəs olaraq qalmaqdadır. Bir çoxları üçün o, ölkəni məhv etdi. Digərləri üçün isə “El Patron” ölkənin son tarixinin ayrılmaz bir parçasıdır. Onun dövlət və polisə təsiri açıq aydındır. Onun təsir etdiyi və bizi maraqlandırdığı bir sahə isə futbol idi.

Pablo futbol oynayırdı, oyunları izləyirdi və imkan düşdükcə futbolu müzakirə edirdi. Həmçinin, o, 80-ci illərin ortasından və ABŞ-94-ə dək olan zaman kəsiyində Kolumbiya futbolunun yüksəlişi və enişində kölgədə qalan şəxs idi. Bacısı Luj Mariya ESPN kanalının ərsəyə gətirdiyi “İki Eskobar” adlı sənədli verilişində deyir: “Pablo həmişə futbol oynamağı sevərdi. Onun ilk ayaqqabıları futbol butsları idi. O, futbol butslarında da öldü”. 

escobars-4

Eskobarın kokain işlərinin pik vaxtlarında bütün işlərin yeganə mənfi cəhəti var idi : Pablonun inanılmaz çox nəğd pulu var idi. Dövlət və ABŞ daima onun aktivlərini yoxlayırdlar, o isə hətta pullarını bir hissəsini kənd yerlərində yerə basdırırdı. Çoxlu sayda maşınlar, rançolar, evlər, mənzillər və digər daşınmaz və daşınan əmlaklar bu pulla alınırdı ki, ortalıqda qalmasın. Bütün bu nəğd pullarını ört-basdır etmək üçün Eskobar sosiyal fəaliyyət də göstərirdi, kasıblar üçün evlər, uşaqlar üçün məktəblər tikirdi, öz şəhərində ona “Robinqud” ləqəbi də verilmişdi. Pullarının xərclənməsinin başqa və sevimli bir yolu futbol meydanlarının xarabalıqlarda tikilməsi idi. Luj Mariya xatırlayır: “O, cəmiyyətə diqqət verirdi, öz səxavətliyini göstərərdi. Qonşuluğumuzda Pablo işıq projektorları və futbol meydançaları üçün sərmayə edirdi”, 

Pablo, həmçinin, kifayət qədər yaxşı oyunçu idi. Sol ayağı işlək olan Eskobar daha çox sol cinahda oynamağı xoşlayaırdı və o cinahdan qapıya doğru şığıyardı. O, atlet deyildi, lakin əsl futbolçularla oynamağı sevərdi. Onun futbol proyektləri bir çox oyunçularln peşəkar karyera qurmasına və dostluğa gətirdi. Kolumbiya millisində 61 dəfə meydana çıxan Çonto Herera xatırlayır: “Xarabalıqlarda futbol turnirləri keçirilirdi. Bütün icmalar öz problemlərini unudardı. Mən çox kasıb idim, lakin meydanda biz vacib idik və gözəl həyat yaşayırdıq”. 

hqdefault

Aleksis Qarsiya, Çiço Serna, Rene İqita, Paço Maturana kimi oyunçular Pablonun meydançalarında inkişaf edən və daha sonra millinin heyətində oynayan oyunçulardandılar. Pablo onlarla fəxr edərdi, çünki məhz onun sayəsində onlar üzə çıxmışdılar. Həmişə də oyunçular qarşısında söhbətlərdə özünü səxavətli başçı kimi göstərərdi. Milli ilə 101 oyun keçirən Leonel Alvarez deyir: “Hamı danışardı, bu meydançanı kim təşkil edib və o, narkotik lordu olduğu üçün tənqid edilərdi. Lakin biz sadəcə özümüzü meydanda oynamaq şansı əldə etdiyimiz üçün şanslı hiss edirdik”.

Futbolun özü Pabloya çox xeyir verib. Onun “Mühasib” kimi tanınan qardaşı Roberto onların gəlirlərini və qazancını qanunlaşdırmaq istəyirdi. Klub isə əla ideya idi. Narkotikdən əldə edilən gəlirləri onlar klub saxlamaq yolu ilə gizlədə bilərdilər. Əldə edilən gəlirləri onlar klubdan gələn gəlir kimi təqdim edirdilər. Bununla da onlar kokain pullarını bu yolla “yuyurdular”. Eyni şey oyunçuların transferləri ilə də ola bilərdi. İdman çirkli pulların yuyulması üçün bir cənnət idi.

Eskobar öz klublarında “Tanrı” rolunu oynaya bilərdi. O, öz imperiyasını 193-cü ildən quranda, doğma şəhəri Medelyinin “Atletiko Nasyonal” komandası Kolumbiya top liqasını tarixində yalnız ikinci dəfə qazandı. 80-ci illərə yaxın milyonlarla büdcə ilə Pablo qərara gəldi ki, o, komandaya sərmayə qoymağa başlayacaq və irəli aparacaq. Məqsəd komandanı Cənubi Amerikanın ən yaxşı komandalarından biri etmək idi.

Klubun dirketoru və ya sahibi kimi özünü təyin etmək axmaq bir hərəkət olardı və o, bunu anlayırdı, lakin onun kluba təsiri və qarışması artıq açıq sirr kimi idi. “Nasyonal”ın 1987-1990 illərdəki baş məşqçisi Maturana deyir: “Futbola narkotik pulların axını güclü əcnəbi oyunçuların gəlməsinə imkan yaratdı. Həmçinin, biz öz ən yaxşı oyunçularımızı da klubda saxladıq. Bizim oyun tərzimiz dəyişdi. İnsanlar bizim vəziyyəti gördülər və dedilər ki, Pablo məsələyə qarışıb. Lakin onlar bunu sübut edə bilmədilər”. 

imagen-16648777-1

Eskobar həmçinin eyni şəhərin rəqib komandası “Deportivo İndependyente Medelyin” (DİM) komandasına da sərmayə yatırırdı və daima hər iki komandanın bölüşdüyü “Estadio Atanasio Jirardo” stadionunda tribunalardan oyunları izləyərdi. Pablonun bu “futbol siyasəti”ni onun “iş yoldaşları” da qiymətləndirdilər. Məsələn, Xose Qaça (“El Meksikano”) Boqotada yerləşən “Millonarios” komandasına, Eskobarın rəqibi və Kali kartelinin başçısı Miqel Rodriqez Orexuela isə “Amerika de Kali” klubuna himayədarlıq edirdilər. “Narko futbol” artıq gəlmişdi…

Ardı var…

 

939 baxış