Öz idollarının topdaşıyanları olan səkkiz oyunçu – ŞƏKİL

Bir çox futbolçuların oxşar cəhəti var. Onlar uşaq olan zaman sevimli komandalarının akademiyalarında çıxış edərkən, həmçinin, komandalarının oyunları zamanı top daşıyan olublar. Bugünkü yazıda siz uşaq olan zaman öz idollarının oyununu lap yaxından izləyən ən məşhur səkkiz oyunçu ilə tanış olacaqsınız.

8. Arda Turan və Corci Haci

5819a218c0501b599f000001

Rumın pleymeyker Corci Haci “Real Madrid” və “Barselona”da çıxış etdikdən sonra Türkiyəyə üz tutur və karyerasını “Qalatasaray”da bitirir. Baxamayaraq ki, o, karyerasının son illərini yaşayırdı, Haci İstanbul komandasına böyük şan-şöhrət qazandıra bildi və komanda onunla dörd daxili eçmpionat və UEFA kubokunu qazandı.

Arda Turan “Qalatasaray”ın uşaqlardan ibarət komandalarında oynayırdı və topdaşıyan olaraq Hacinin oyununun canlı yaxından şahidi olurdu.”Barsa”nın yarımmüdafiəçisi “Türk Telekm Arena”da beş il ərzində çox uğurla inkişaf etdi və daha sonra “La Liqa”ya keçdi.

7. Andres d`Alessandro və Entso Françeskoli

5819a285c0501be8b1000001

Ola bilər, Avropa publikasına o qədər də məşhur deyil, Entso Françeskoli və ya “Şahzadə” kimi tanınan bu oyunçu Cənubi Amerikanın əfsanəsidir. Bütün zamanların ən yaxşı uruqvaylı oyunçusu hesab edilən Françeskoli,  milli komandasına üç dəfə “Kopa Amerika”nın qazanmasında kömək etdi və iki dəfə milli ilə Dünya Kubokunda oynadı.

Klub səviyyəsində o, “River Pleyt”i böyük bir uğura daşıdı və məhz o illərdə gələcəyin yarımmüdafiəçisi argentinalı istedad Andres d`Alessandro aşağıyaş komandalarında çıxış edirdi. “Portsmut”un eks-oyunçusu hal-hazırda ikinci dəfə “River Pleyt”də çıxış edir.

6. Patrik Klayvert və Marko van Basten

5819a2a6a91e6bc257000002

“Milan”a böyük keçidindən əvvəl Marko van Basten ilk öncə özünün mükəmməl qol vurma bacarığını “Ayaks”da göstərirdi və oyunların birində “Ayaks”ın uşaq komandasında çıxış edən və gələcəkdə peşəkar futbolçu olacaq Patrik Klayvertlə şəkil çəkdirmişdi.

Klayvet özü isə klub tarixinin ən güclü hücumçularından biri olaraq ad elədi və “Ayaks”a həm daxili, həm də qitə titulları qazandırdı. Hər iki holland oyunçu tarixin ən istedadlı holland hücumçuları kimi qəbul edilir.

5. Pep Qvardiola və Viktor Munyoz

5819a2c14ec390e45e000001

Əsl “Barselona” əfsanəsi Viktor Munyoz “Kamp Nou”da yeddi il keçirdi, “La Liqa”nı və UEFA Kubok qalibləri Kubokunu qazandı və yarımmüdafiədə özünün yorulmaz oyunu ilə azarkeşlərin sevimlisinə çevirildi.

Tanış gəlirmi? Pep Qvardiola da eyni yolu keçdi, lakin Viktordan daha çox nailiyyət qazandı. Saqqız kimi yapışaraq sıx oynamağı sevən yarmmüdafiəçi oyunçu kimi bir çox titulları qazandı, lakin ən böyük uğurlarını məşqçi olaraq tarixə yazdırdı.

4. Karlos Tevez və Xuan Roman Rikelme

5819a2f55680964932000001

Bu dəfə “Boka Xuniors”a nəzər yetirək. Argentinalı hücumçu Karlos Tevez klubun ikonası Xuan Roman Rikelme ilə birlikdə şəkil çəkdirib. O zaman o, bilə bilərdimi ki, nə vaxtsa “Boka”nın başqa bir simvolu olacaq?

Rikelme kimi, Tevez də “La Bombonera”ya qayıtdı Avropadakı uğurlu karyerasından sonra, baxmayaraq ki, onun İngiltərə və İtaliyadakı karyerası Rikelmenin “La Liqa”dakı beş illik karyerasından daha görkəmlidir.

3. Raul Qonzalez və Manolo Sançes Delqado

5819a31ac0501b939800000b

Çox az saylı azarkeşlər bu faktı bilir ki, “Real Madrid”in əfsanəsi Raul əslində karyerasına “Atletiko Madrid”də başlayıb və o klubun yetirməsidir, lakin uşaq olan zaman əzəli rəqib “Real Madrid”ə keçdi, çünki “Atletiko”nun gənc akademiyası bağlanmışdı.

Bununla belə, o, “matrasçılar”ın qolçu əfsanəsi Manolonu görmək şansı əldə etmişdi 1980-ci illərdə. Həmçinin, Manolo İspaniya millisinin heyətində də iki qol vurmağı bacarıb, lakin onun bu göstəricisini Raul geridə qoydu və ümumiyyətlə İspaniya futbolunun ən dahi hücumçusu olaraq adını tarixə yazdırdı.

2. Vesli Snayder və Frank Raykard

5819a330335fc4faf300001e

Daha bir holland nümunəsi. Vesli Sneyder “Ayaks”ın qəhramanı Frank Raykaardla şəkili çəkdirən zaman az qala qundaqdan çıxmış uşaq kimi idi. Raykaard isə öz futbol nəslinin ən görkəmli və güclü oyunçularından biri idi.

Sneyder də “Ayaks”da öz vaxtında ən önəmli oyunçu sayılırdı və “Real Madrid” oyunçu üçün böyük məbləğ xərclədi. “İnter Milan”da uğurlu karyera keçirdikdən sonra o, “Qalatasaray”a üz tutdu və hələ də orada oynayır.

1. Mateo Kovaçiç və Stiven Cerrard

5819a35c42fc334d46000010

Çox təəcüblüdür, amma Stiven Cerrard təkcə “Liverpul”un deyil, həmçinin Avropada bir çox klubların yetirmələrinin idolu idi. Bu, həm də Xorvatiyada da belə idi, çünki gənc Mateo Kovaçiç ingilis yarımmüdafiəçiyə yaxınlaşan şəkildə tarixi fotoya düşüb.

Cerrard Kovaçiçin onunla əl sıxışma istəyinə fikir vermədi və maraqlıdır ki, “Real Madrid”in yarımmüdafiəçisi “Enfild”ə gələrək klubun keçmiş kapitanının MLS-ə keçidindən sonra onun əvəzləyicisi olacaqdı.

2,304 baxış