Suarez cəzalana bilər

Uruqvay millisinin və “Barselona”nın futbolçusu Luis Suarezin cəzalanacağı gözlənilir.
Offside.com.az xəbər verir ki, buna futbolçunun azarkeşlərə qarşı ədəbsiz davranışı səbəb olub. Belə ki, forvard DÇ-2018-in seçmə mərhələsində baş tutan Çili – Uruqvay (3:1) matçından sonra rəqib komandanın azarkeşlərinə orta barmaq göstərib. Onun bu hərəkətinə görə 2 oyunluq cəza alacağı gündəmdədi.
 Qeyd edək ki, 2015-ci ildə Çili millisinin üzvü Eduardo Varqas da Uruqvayla matçda eyni hərəkətə yol vermişdi və cəzalanmışdı.

sportal.az

99 baxış