Qvardiola bu 10 futbolçunu MS üçün istəyir

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola rəhbərliyə transfer etmək istədikləri 10 oyunçunun siyahısını təqdim edib. Offside.com.az xəbər verir ki, o, daha 10 nəfərin xidmətində maraqlıdır.  Komandada gəncləşdirmə siyasəti aparmaq istəyən kataloniyalı mütəxəssisin rəhbərliyə təqdim etdiyi siyahıda yer alan futbolçular bunlardı:
1. Pyer Emerik Obameyanq – Dortmund “Borussiya”sına məxsus olan 27 yaşlı hücumçunun transfer dəyəri 45 milyon avrodu. Onun hazırkı klubu ilə 2020-ci ilə kimi müqaviləsi var.
2. Hektor Bellerin – “Arsenal”a məxsus olan 21 yaşlı sağ cinah müdafiəçisinin qiyməti 20 milyon avrodu. Onun hazırkı klubu ilə 2019-cu ilə kimi müqaviləsi var.
3. Xuan Bernat – “Bavariya”ya məxsus olan 19 yaşlı sol cinah müdafiəçisinin qiyməti 18 milyon avrodu. Onun hazırkı klubu ilə 2019-cu ilə kimi müqaviləsi var.
4. David Alaba – “Bavariya”ya məxsus olan 24 yaşlı sol cinah müdafiəçisinin qiyməti 45 milyon avrodu. Onun hazırkı klubu ilə 2019-cu ilə kimi müqaviləsi var.
5. Kasper Dolberq – “Ayaks”a məxsus olan 19 yaşlı hücumçunun qiyməti 2 milyon avrodu. Onun hazırkı klubu ilə 2021-ci ilə kimi müqaviləsi var.
6. Leonardo Bonuççi – “Yuventus”a məxsus olan 29 yaşlı müdafiəçinin qiyməti 40 milyon avrodu. Onun hazırkı klubu ilə 2020-ci ilə kimi müqaviləsi var.
7. Juilan Brandt – Leverkuzen “Bayer”inə məxsus olan 20 yaşlı vingerin qiyməti 16 milyon avrodu. Onun hazırkı klubu ilə 2019-cu ilə kimi müqaviləsi var.
8. Xose Luis Qarsiya – “Valensiya”ya məxsus olan 21 yaşlı sol cinah müdafiəçisinin qiyməti 18 milyon avrodu. Onun hazırkı klubu ilə 2020-ci ilə kimi müqaviləsi var.
9. Aymerik Laporta – Bilbao “Atletik”inə məxsus olan 22 yaşlı müdafiəçinin qiyməti 25 milyon avrodu. Onun hazırkı klubu ilə 2020-ci ilə kimi müqaviləsi var.
10. Aleksis Sançez – “Arsenal”a məxsus olan 27 yaşlı vingerin qiyməti 55 milyon avrodu. Onun hazırkı klubu ilə 2018-ci ilə kimi müqaviləsi var.

Futbolinfo.az

4. 265 baxış