Moyes Şotlandiya yığmasına baş məşqçi təyin oluna bilər

“Sanderlend” klubunun baş məşqçisi Devid Moyes Şotlandiya yığmasının sükanı arxasına keçə bilər. ESPN-in yaydığı xəbərə görə, yığmanın hazırki baş məşqçisi Qordon Straçan istefaya göndəriləcəyi təqdirdə Moyes bu posta bir nömrəli namizəd olacaq. Hazırda “DÇ-2018” seçmə mərhələsində F qrupunda oynadığı 4 oyundan 4 xal toplayaraq 5-ci pillədə yer alan şotlandlara yeni məşqçi seçiminin çox güman gələn ay başlayacağı bildirilir.
50 baxış