Son 36 ilin ən ağır məğlubiyyəti

ABŞ millisi DÇ-2018-in seçmə mərhələsində Kosta-Rikaya 0:4 hesabı ilə uduzub.
Offside.com.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu, amerikalılar üçün son 36 ilin ən ağır məğlubiyyətidir. Belə ki, ABŞ millisi sonuncu dəfə 4 top fərqi ilə 1980-cı ildə Meksikaya uduzmuşdu – 1:5.

Qeyd edək ki, KONKAKAF zonasındakı seçmə mərhələyə ABŞ millisi ardıcıl 2 məğlubiyyətlə başlayıb. Hazırda 6 komanda arasında sonuncu olan Yurgen Klinssmanın yetirmələri mundiala vəsiqə qazanmaq üçün ilk 3 yerdən birini tutmalıdır.

133 baxış