BLOQ: Şimali Koreya futbolu haqqında inanılmaz 6 fakt…

 Şimali Koreyanın ölkə başçısı Kim Çen In cavan yaşlarından basketbol fanatı sayılır. Məsələn, o, Kobi Brayantla şəkil çəkdirib, İsveçrədə təhsil aldığı zamanlar MBA ulduzlarının posterlərini otağından asıb və KXDR-ə Dennis Rodmanı qonaq çağırıb. Bunları nəzərə alaraq, zənn etmək olardı ki, futbol ikinçi plana düşəcək. Lakin Kim Çen In bir müddət əvvəl “Mançester Yunayted” fanatı olduğunu etiraf etdi.

Birinci fakt

Картинки по запросу 25 april north korea

Ölkənin güc strukturları da futbola çox maraq göstərir. Ölkə çempionatının ən güclü klubu “25 aprel” klubu orduya məxsusdur və istənilən futbolçunu istədiyi vaxt heyətinə qata bilər. Onların əsas rəqibi isə “Ammokkan”dır. Bu klub isə Milli Təhlükəsizlik Nazirliyinin tabeliyindədir. Maraqlı duel alınır…

İkinci fakt

Картинки по запросу epl live north korea

Ölkədə qanunsuz olaraq Avropa çempionatlarının icmalları və matçları yayımlanır. Əlbəttə ki, qanunsuz, heç bir kanal yayım hüququnu almaq üçün müraciət etməyib.

Üçüncü fakt

Картинки по запросу portugal korea dpr

Futbol oyunlarının ilk canlı yayımları 201o-cu ildən başlanılıb. Hətta milli yığmanın oyunları belə videoyazı şəklində nümayiş olunurdu. Lakin 201o-cu il Dünya Çempionatında ilk görüşdə Braziliya yığmasına 1:2 məğlubiyyətdən sonra qərara alındı ki, növbəti Portuqaliyaya qarşı matç canlı yayımda göstəriləcək. Nəticə hamının yaxşı yadındadır – 0:7! Bununla da çuçxe ideyalarına böyük zərbə dəydi.

Dördüncü fakt

Картинки по запросу korea coach kim

CAR-da keçirilən DÇ-də daha bir maraqlı hal yaşandı. Yığmanın baş məşqçisi belə müsahibə verib: “Mən mütəmadi olaraq dövlət başçısından taktika ilə bağlı adi insanın verə bilməyəcəyi məsləhətləri alıram.”

Beşinci fakt

Картинки по запросу ким мен вон

Daxili çempionatda 100 qol vuran Kim Men Vonu qapıçı kimi DÇ-nin iştirak ərizəsinə salıb FİFA-nı aldadmaq istəyiblər. FİFA futbolçunu qeydiyyatı alıb, lakin onu meydan oyunçusu kimi istifadə etməyə imkan verməyib.

 Altıncı fakt

Картинки по запросу цой мин хон крылья советов

Hər bir şimali koreyalı legionerin yanında MTN əməkdaşı olur. Məsələn, Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edən Çoy Min Xonun belə kuratoru futbolçunun otağına hətta soyuducunun qoyulmasını əngəlləmişdi. Öz qərarını isə belə əsaslandırıb: “Yay vaxtı futbolçu soyuq sular içəcək və bununla da xəstələnə bilər.”

 

3. 701 baxış