Əfsanəvi qapıçı milli karyerasını bitirdi

Macarıstan yığmasının veteran qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.
Offside.com.az xəbər verir ki, 40 yaşlı qolkiper bu gün İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib. O 28 dəqiqə meydanda olub. 1998-ci ildən Macarsıtan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur.
Qeyd edək ki, “Avro-2016″da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın “Haladaş” klubunda çıxış edir.
114 baxış