Rəşad Sadıqovun son durumuna aydınlıq gəldi

Qarabağ”ın və milliminin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.
Offside.com.az xəbər verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçib.
Məlum olub ki, o, ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq: “Fiorentina” ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam” – deyə R.Sadıqov bildirib.
Rekord.az
75 baxış