Paşayev oynadı, “Stal” səfərdə qalib gəldi

Futbol üzrə Ukrayna çempionatında 14-cü turun oyunları keçirilib.
Offside.com.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – “Stal” da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Volın”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Stal” 14 turdan sonra 14 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.

Rekord.az

108 baxış