“La Liqa” komandalarının ləqəbləri – İkinci hissə

“La Liqa” komandalarının ləqəbləri silsiləsini davam etdiririk.  Bundan əvvəlki yazıda siz ilk 5 komanda ilə tanış oldunuz. Bu dəfə növbəti 5 komanda ilə tanış olacağıq. Getdik.

“REAL SOSYEDAD”. San Sebastyan komandasının hər hansı xüsusi fərqlənən ləqəbi yoxdur. Çox vaxt klubu rənglərinə görə“txuriurdin”(ağ-mavilər) və “Erreala”(kral) deyə adlandırırlar. Həmçinin, komandaya yalnız “Sosyedad” deyilməsi düzgün hesab edilmir, çünki klubun bütöv adı “Real Sosyedad”dır və bir çoxları Sosyedadın şəhər olduğunu sanır. Əslində isə klub San Sebasytan şəhərini təmsil edir, “Sosyedad” isə tərcümədə “cəmiyyət” və ya “təşkilat” deməkdir.

“ATLETİK BİLBAO”. Bask bölgəsinin ən məşhur komandasın “Los leones”, yəni “aslanlar” olaraq adlandırılır. Komandanın stadionun yanında “San Mames” adlı kilsə yerləşir. Rəvayətə görə, romalılar şəhərə hücum edən zaman onlar Mames adlı uşağı aslanların üstünə atırlar, lakin uşaq həmin aslanları ələ ala bilir və əhəlləşdirir. Klubun stadionu da “San Mames” olaraq adlandırılır. Klubun adi ləqəbi isə “Rojiblancos / Zuri-gorriak“(ispan və bask dillərində müvafiq olaraq), yəni “qırmızı-ağlar“dır.

vigo_olivo_0

“EYBAR”. İspaniyanın şimalında yerləşən bu klubun bir ləqəbi var – “Los armeros”, yəni “silahçılar” və ya “topçular“. Səbəb sadədir. 15-ci əsrdən bəri Qipuskua bölgəsi silah istehsalı ilə məşhur idi. Baxmayaraq ki, 1997-ci ildə istehsalat işləri dayandırılıb, bölgə bir zaman silah istehsalı ilə o qədər məşğul olurdu ki, hətta indi havada silah və metal iyini hiss etmək olar. Normal olaraq Eybar şəhərini təmsil edən “Eybar” komandasını “silahçılar” olaraq adlandırırlar.

“SELTA VİQO”. Qalisiya bölgəsinin komandası “Selta”nın ən məşhur ləqəbi – “Celestes”, yəni “səma maviləri“. Bu da formaların mavi rəngdə olması ilə bağlıdır. Klubun digər az istifadə edilən, lakin İspaniyada məşhur olan digər ləqəbi də var “los olivos”, yəni “zeytunlar“. Rəvayətə görə, əsrlər öncə Viqo şəhəri “zeytun şəhəri” olaraq tanınırdı. Belə ki, Tampliyer ordeninin rahibi Colegiata de Santa Maria kilsəsində hormoniya simvolu olan zeytun ağacı əkir. İllər sonra ağac yox olur və kilsə məhv edilir. Manuel Angel Pereyra adlı gömrük işçisi ağacdan qalanları öz evində əkir. Ağac böyüyür və Paseo de Alfonso XII adlı yerə köçürülür. Bununla da o ağac ispan şəhərlərinin ən məşhur simvollarının birinə çevrilir. Zeytun ağacı simvol olaraq Viqo şəhərinin atribut heraldikasına daxil olur. Həm azarkeşlər, həm də klubun özü “zeytunlar” olaraq tanınırlar. “Selta Viqo”nun daha bir maraqlı ləqəbi var. Bu haqda “Deportivo La Korunya” hissəsində tanış olacaqsınız.

deportivo

“DEPORTİVO LA KORUNYA”. Qalisiya bölgəsinin digər komandasının bir neçə ləqəbi var – “Branquiazuis“, yəni “mavi-ağlar“, “Super Depor“, çünki 20-ci əsrin sonlarında və yeni əsrin əvvəllərində İspaniyada və Avropada uğurlu çıxışına görə və ən maraqlı ləqəbi isə “Turcos”dur, yəni “türklər“. Bunun arxasında maraqlı tarixi hadisə dayanır. Osmanlı imperiyasının admiralı Hayreddin Paşa Aralıq dənizinə hökm edən zaman İspaniyada olan savaşlar zamanı yüzlərlə insanı öz gəmilərində Məğribə daşıyırdı. Həmin zamanlar Qalisiya bölgəsinin insanları bu işdə Barabrosaya yardım edirdilər. Bu dəstəyə qarşı olan və bu dəstəyi xəyanət kimi qəbul edən qonşu şəhər Viqo sakinləri La Korunyalılara “türklər” deyərək çağırmağa başlayırlar. Bu qarşı olaraq La Korunya sakinləri isə viqoluları portuqallara yaxınılıqda “xəyanət” görərək onları “portuqallar” deyərək adandırmağa başlamışlar. İki qonşu şəhər arasında olan qəqabət bu günlərədək gəlib çıxıb. “Selta Viqo”lular La Korunyanın türklərə verdiyi dəstək, “Deportivo”luların Viqonun portuqaliyalılara verdiyi dəstəyə görə bir-birinə müvqafiq olaraq “türklər” və “portuqallar” adlandırırlar. Bu ləqəblər aşılayıcı olmasına baxmayaraq, hər iki şəhərin azarkeşləri onları fəxrlə istifadə edir və “Riazor” tez-tez türk bayraqları, “Balaydos”da isə portuqal bayraqları görmək olar. Hər iki şəhərdə müvafiq fan klublar da fəaliyyət göstərir. Qalisiya derbisi zamanı viqolular “türklər bayıra” sloqanını səsləndirirlər, deportivolular isə “ən böyük Türkiyə” qışqıraraq öz komandalarını dəstəkləyirlər.

Ardı var…

2,786 baxış