“La Liqa” komandalarının ləqəbləri – Birinci hissə

Dünya futbolunda komandalar, oyunçular, hətta məşqçilərin fərqli və özlərinəməxsus ləqəbləri olur. Hər ləqəbin də arxasında müəyyən hadisə və tarix dayanır. Mətbuat işçiləri daha çox bunlardan istifadə edib öz yazılarını daha gözəçarpan etməyə çalışırlar. Sıravi azarkeşlər də bunları bilməlidilər. Bu mövzuda silsilə yazılarla tanış olacaqsınız. İlk öncə komandalar və ilk “səfərimiz” İspaniyaya olacaq. Daha doğrusu, hal-hazırda “La Liqa”da çıxış edən 20 komandaların tarixlərinə nəzər yetirəcəyik. Komandalar “La Liqa”dakı son turnir cədvəlinə görə təqdim ediləcək. İlk beşliklə tanış olaq. 

como-preparar-merengue“REAL MADRİD”. “Kral klubu”nun bir neçə ləqəbi olub. Hə, əlbəttə, artıq ilk ləqəblərini dedik. “Kral klubu”. Bu da vaxtilə klubun İspaniya kralı tərəfində dəstəklənməsi ilə bağlıdır. Bununla belə, futbol biliciləri “Real”ın daha bir ləqəbinin olduğunu bilirlər – “merengues”. “Merengue” yumurta və şəkər tozundan hazırlanan desert növüdür və İspaniyada çox məşhurdur. Desertin rənginin ağ olması və Madrid komandasının forması ilə üst-üstə düşməsi ləqəbin “Real”a verilməsinə gətirdib çıxardı.

Vaxtilə “Real”ın daha bir ləqəbi var idi – “Galacticos”. Bu da əsrin əvvəlində klubun yeniseçilmiş prezidenti Florentino Perezin kluba gəlməsi ilə ortaya çıxdı. Belə ki, Perez hər il kluba dünya səviyyəli meqa-ulduzun gətiriləcəyinə dair söz verdi və ard-arda kluba Luiş Fiqo, Zinəddin Zidan, Devid Bekhem, “Fenomen” Ronaldo və s. kimi ulduzlar gəldi. Klubda Raul, Roberto Karlos kimi oyunçuların da olmasını nəzərə alsaq, “Galacticos”un tam yerinə düşdüyünü görə bilərik.

“BARSELONA”. Kataloniya klubunun hər hansı xüsusi ləqəbi yoxdur. Azarkeşlər klubu daha çox rənglərinə görə “blaugrana” (göy-qırmızı) deyərək çağıra bilərlər. Bunu daha çox katalonlar istifadə edir, İspaniyanın digər bölgələri “Azulgrana” da deyə bilərlər. Klubun fərqli ləqəbi olmasa da, “Barsa” azarkeşlərinin qeyri-adi ləqəbləri var – “cules”, yəni.. “yanlar” və ya “sağrı“. Belə ki, “Barsa” ilk oyunlarını özünü ilk stadionu olan “Les Cortes”da keçirirdi və hər oyununa o qədər azarkeş gəlirdi ki, tribunaların ən üstündə oturan azarkeşlərin arxa hissələrini stadionun kənarından keçənlər görürdülər. O vaxtdan etibarən, “Barsa” fanatları “cules” olaraq çağırılır. Baxmayaraq ki, etikadan kənar səslənsə də, kataloniyalı azarkeşlər bu tarixi hadisə ilə fəxr edirlər və ləqəblərini fəxrlə səsləndirirlər.

por-quecc81-a-los-aficionados-del-barccca7a-se-les-llama-culecc81s

colchon“ATLETİKO MADRİD”. Madridin digər klubunun nə az, nə çox, düz üç ləqəbi var və hər birinin də öz tarixçəsi var. Onlarla xronoloji ardıcıllıqla tanış olun. “Rojiblancos”, yəni “qırmızı-ağlar”. Klub yarandığı zaman forma rəngləri göy-ağ idi və Bilbaodakı “Atletik”dən fərqlənmək üçün klub bir müddət sonra rənglərini qırmızı-ağ etdi.  Klubun ən məşhur ləqəbi daha sonra “Los Colchoneros” oldu, yəni “matrasçılar“. Bir zamanlar klub rəhbərliyi az xərclərin olması üçün yerli matras şirkətlərinin biri ilə razılaşır ki, qarşı tərəf kluba matras materialından olan parçaları verəcək və klub onlardan forma tikəcək. Razıılıq əldə edilir. Matras parçalarının rənglərinin də qırmızı-ağ olması klubu tam qane edirdi. “Atletiko”nun üçüncü və az adamın bildiyi ləqəbi “Indios”dur, yəni “hindular“. Niyə? Çünki 1973-cü ildə klubun transfer banı bitdiyi üçün klub Latın Amerikasından bir çox oyunçuları transfer etdi və onlar hindulara bənzəyirdilər.

14938137_10212626281276353_6535121726146601079_n“SEVİLYA”.  Əndəlus komandası bir çox futbol azarkeşləri “sevilistas” (şəhərə görə), “rojiblancos” (qırmızı-ağ rənglərə görə), “nervionenses” (şəhərdə mərkəzdə yerləşən Nervyon məhəlləsinə görə) kimi tanıyırlar. Bununla belə, “Sevilya”nın “palanganas” ləqəbi də var. Bizim dilə tərcümə etsək buna “yuyunma üçün cam” demək olar. Əfsanəyə görə, Əndəlus klubu gənc istedadlı yeniyetmə ilə maraqlanırmış, lakin oyunçunun fəhlə ailəsinə aid olması klubun idarə heyətində narazıçılıq yaratmışdı, çünki heyətin kapitalist üzvləri buna razı deyildilər. Onlara görə, klub zadgan üzvlərdən ibarət olmalı idi. Oyunçu nəticədə kluba gəldi, idarə heyətinin o kapitalist üzvləri isə istefa verərək klubdan ayrıldılar və klubda qalan digər üzvlərə ağ rəngdə və qırmızı xətlərlə yuyunma camı hədiyyə elədilər. Həmin hədiyyə ilə onlar keçmiş əməkdaşlarına bu mesajı göndərdilər: “Biz sizə bu tası hədiyyə edirik ki, göz yaşlarınızı buraya toplayasınız. Öz uğursuzluqlarınıza görə deyil, bizim uğurlarımızı görüb ağlamağınıza görə. Çünki siz bu barədə daha çox məlumatlanasız, nəinki öz durumunuz haqqında”. O vaxtdan sonra klubu “palanganas“, yəni “camlar“.

“Vilyareal”. Kastelyon klubunun ləqəbini, demək olar, bütün sıravi futbol azarkeşləri bilir – “El Submarino Amarillo”, yəni  “sarı sualtı qayıq“. Ləqəbin verilməsi isə bu hadisədən sonra baş verdi. 1967/68 “Vilyareal” İspaniya üçüncü divizionuna vəsiqə qazanmaq üçün mübarizə aparırdı. O vaxtlar məşhur “Bitlz” qrupu özünün məşhur “Yellow submarine” (“Sarı sualtı qayıq”) mahnısı Avropada çox məşhur idi. Komandanın oyunlarının birində tribunada olan azarkeşlər həmin mahnının ispan dilindəki yazısını qoşaraq birlikdə oxumağa başlayırlar. Sualtıqayığın klubun rəngləri ilə üst-üstə düşməsi və komandanın inamla çıxış etməsi mahnının klubun ləqəbi olmasına gətirdi. Onu da demək lazımdır ki, digər ispan klub “Kadis”in də ləqəbi “Sarı sualtıqayıq”dır. Səbəb isə sadədir – komandanın forması sarı rəngdədir. “Kadis” barədə növbəti yazılarda oxuya bilərsiniz.

Ardı var…

1. 168 baxış