“Qalatasaray”ın futbolçusu güllələnərək öldürülüb

“Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb.
Klubun aşağı yaş qruplarında çıxış etmiş 21 yaşlı oyunçu “Beylikdüzü” metrostansiyası yaxınlığında baş verən atışmada həlak olub.
Kafedən mübahisə edərək çıxan iki nəfər Burhan Yıldıza yaxınlaşıb. Daha sonra onlardın biri Yıldızı başından güllələyib. Beş dəfə atəş açıldığı bildirilir.
Futbolçu təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hələlik cinayətkarlar həbs olunmayıb.
Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub. 21 yaşlı futbolçu İstanbul klubundan “Amedspor”a, daha sonra isə “Silivrispor”a transfer olunmuşdu.

Картинки по запросу burhan yıldız melo

qol.az

5. 846 baxış