“PAOK” Bakıya itkilərlə gəlir

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “PAOK” klubu oyuna ciddi itkilərlə çıxacaq.
Offside.com.az xəbər verir ki, yarımmüdafiəçi Dimitris Pelkas zədə səbəbindən Bakıda keçiriləcək görüşü buraxacaq. Bu gün müayinə olunan  22 yaşlı futbolçunun zədəsinin ciddi olduğu məlum olub. Bundan başqa, son turda “İraklis”lə oyunda zədələnən müdafiəçi Martin Leovatsın da komandamız ilə oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, Yunanıstan “PAOK”u bu mövsüm hələki məğlub olmayıb. Oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “PAOK” matçı saat 21:00-da başlayacaq.
117 baxış