“Bayer Leverkuzen” 9 illik həsrətə son qoya biləcəkmi?

Offside.com.az xəbər verir ki, bu gün Almaniya Bundesliqasında 6-cı turun oyunları keçiriləcək.
Turun mərkəzi oyunu “Bay Arena”da baş tutacaq. Burada yerli “Bayer Leverkuzen” klubu çempionatın əsas favoritlərindən olan “Barrusiya” Dortmundu qəbul edəcək. Cari çempionatda Leverkuzen 2, Dortmund isə 1 dəfə məğlub olub. Sözügedən klubların görüşlərində “Bayer” rəqibini sonuncu dəfə öz meydanında 2007-ci ildə məğlub edə bilib. Komandalar “Bay Arena”da keçirilən son 5 oyunun nəticəsini təqdim edirik:
“Bayer Leverkuzen” 0-1 “Barrusiya” Dortmund
“Bayer Leverkuzen”  0-0 “Barrusiya” Dortmund
“Bayer Leverkuzen”  2-2 “Barrusiya” Dortmund
“Bayer Leverkuzen”  2-3 “Barrusiya” Dortmund
“Bayer Leverkuzen”  0-0 “Barrusiya” Dortmund
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 20:30-da start götürəcək.
100 baxış